1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Xarici mətbuatdan
29.10.2016/№42

 

 


Universitet nəzdində uşaq bağçası

Rusiyada yeni təcrübə sınaqdan keçirilir

Rusiya Təhsil və Elm Nazirliyi ali məktəblərin nəzdində məktəbəqədər yaşlı uşaqlar üçün qruplar yaradılması təcrübəsini genişləndirmək niyyətindədir. Bu barədə təhsil və elm naziri Olqa Vasilyeva bildirib. “Bu gün bizdə elə bölgələr var ki, ali məktəblərin nəzdində məktəbəqədər təhsil müəssisələri açılıb, bu təcrübə sınaqdan keçirilir. Bu müsbət təcrübədir və artıq indiyədək 27 belə ali məktəb var. Əlbəttə ki, onu təhlil etmək, baxmaq və davam etdirmək lazımdır”, - deyə Olqa Vasilyeva məktəbəqədər təhsil işçilərinin Ümumrusiya qurultayında bildirib.
Onun sözlərinə görə, ali məktəblərdə məktəbəqədər təhsil qruplarının yaradılması təcrübəsi ölkənin 14 regionunda öyrənilir. Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən də bildiriblər ki, “Təhsil haqqında” qanun ali məktəblərin nəzdində bu cür qrupları yaratmağa imkan verir. Qeyd edək ki, ölkə prezidenti V.Putin də ali məktəblərdə məktəbəqədər yaşlı uşaqlar üçün qrupların yaradılması təcrübəsini yaxşı ideya adlandırıb.


Sinifdə keçən əlavə vaxt

Uşaqların oxu vərdişləri yaxşılaşa bilər

Mütəxəssislərdən ibarət qrup tərəfindən aparımış yeni tədqiqatlara əsasən, uşaqların sinifdə daha çox vaxt keçirməsi yolu ilə onların oxu vərdişlərini yaxşılaşdırmaq olar. Tədqiqatçılar bildirirlər ki, uzadılmış tədris saatları körpələrin zehni qabiliyyətinə müsbət təsir göstərir. Bundan başqa, by cür metodika əhalinin xeyli dərəcədə savadlanmasına imkan verir. Danimarkadan olan alimlər belə qənaətə gəliblər ki, bu cür yanaşmanın yüksək effektivliyi var. Qeyd etmək lazımdır ki, sınaqlar prosesində həkimlər yerli 90 məktəbdə oxuyan şagirdlər arasında sorğu keçiriblər. Respondentləri 2 qrupa ayırıblar. Birinci qrupa daxil olan şagirdlər 4 ay ərzində gündə 3 saat əlavə kitab oxumalı idi. İkinci kateqoriyaya daxil olanlar isə standart təhsil proqramına əməl edib. Məlum olub ki, şagirdlərin sinifdə keçirdikləri əlavə vaxt onların qiraət vərdişlərini yaxşılaşdırmağa kömək edir.


Britaniyalılar əcnəbi tələbələrə miqrant kimi baxmırlar

Yerli əhali arasında sorğu keçirilib

Britaniyalıların əksəriyyəti ölkənin müxtəlif universitetlərində təhsil alan əcnəbi tələbələrə miqrant kimi baxmır, əksinə, onların sayının azaldılmasına qarşı çıxırlar. Britaniya universitetləri assosiasiyası və “ComRes” tədqiqatlar şirkətinin birgə apardıqları sorğuya əsasən yaşlı britaniyalıların 75 faizi Böyük Britaniyada təhsil alan əcnəbi tələbələrin sayından razılıq edir və gələcəkdə onların sayının artırılmasını arzulayırlar.
Sorğu həmçinin göstərib ki, Britaniya ictimaiyyətinin böyük əksəriyyəti (91 faiz) hesab edir ki, xarici tələbələr Britaniyada təhsillərini başa vurduqdan sonra müəyyən dövr ərzində ölkə ərazisində yaşamaq və işləmək imkanına malik olmalıdır. Rəyi soruşulanların 71%-i bildirib ki, onlar hökumətin xarici tələbələrin ölkəyə cəlb olunması siyasətini dəstəkləyir, yalnız 7% bildirib ki, bu siyasətin qəti əleyhinədirlər. Respondentlərin 25 faizi bu məsələyə münasibət bildirməyib. Rəyi soruşulan britaniyalıların 81%-i razılaşır ki, xarici tələbələr təhsil aldıqları yerli şəhərlərin iqtisadiyyatına müsbət təsir edirlər. Məhz əcnəbi tələbələrin sayəsində hazırda Böyük Britaniya xəzinəsində 10,7 milyard funt-sterlinqdən artıq vəsait toplanıb.


Belarusda elektron gündəliklərin tətbiqinə başlanılıb

Yenilik bütün regionları əhatə edəcək

Belarus məktəblərində elektron gündəliklərin tətbiqinə başlanılıb. 2020-ci ilə qədər müəllimlərin və şagirdlərin 80 faizi elektron jurnal və gündəliklərdən istifadə edə biləcək. Hesabatların əksəriyyəti vahid informasiya təhsil sistemi vasitəsilə ötürüləcək. Ölkənin Təhsil Nazirliyində artıq cari tədris ilindən bütün məktəblərə “Elektron məktəb” layihəsinin praktik icrasına qoşulmaları tövsiyə olunub. Bundan ötrü ölkənin bütün regionlarında dayaq məktəbləri müəyyən olunub. Onlar ilk olaraq yeniliyin - elektron jurnal və gündəliklərin tətbiqinə başlayacaqlar. “Elektron məktəb” tədrisin bütün səviyyələrində istifadə olunan yüksək texnologiyalar və internetin yer aldığı virtual təhsil sistemidir.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴