1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin dörddəbir final mərhələsi keçirilib
29.10.2016/№42

 

 


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi”nin növbəti dörddəbir final mərhələsi keçirilib.
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, “ADA” Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan İKT-nin tətbiqi sahəsində regionda liderdir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət ayırır. İndiyədək İKT sahəsi üzrə bir neçə dövlət proqramı həyata keçirilib. Rektor tələbələrə finala çıxıb ABŞ-da keçiriləcək həmin mərhələnin qalibi olmağı arzulayıb.
“ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi”nin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edərək müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib, ölkəmizdə İKT-nin tətbiqinə böyük diqqət yetirildiyini qeyd edib.
Münsiflər heyətinin üzvü, “ADA” Universitetinin dosenti Fuad Hacıyev tələbələrə uğurlar arzulayıb.
Münsiflər heyətinin sədri və müsabiqənin Azərbaycan üzrə koordinatoru, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadə bildirib ki, bu müsabiqə 41 ildir keçirilir. 2015-2016-cı ildə dünyanın 102 ölkəsindən 2736 universitetin 40266 tələbəsi iştirak edib. Bu statistika yarışın səviyyəsinin yüksək olmasına bariz nümunədir. Azərbaycan universitetlərinin komandaları isə 12 ildir bu müsabiqədə iştirak edirlər. Hər il müsabiqədə iştirak edən universitetlərin yarımfinala çıxan komandaların da sayı artır. Hədəfimiz isə final mərhələsidir. Finala dünya üzrə 128 komanda vəsiqə qazana bilir. Sualları ingilis dilində olan yarışma online keçirilir.
Sonra müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verilib.
Müsabiqədə 12 universitetdən, ümumilikdə 47 komanda (hər komandada 3 tələbə) iştirak edib.
Komandalara 5 saat ərzində 11 alqoritmik məsələni həll etmək tapşırığı verilib. Qiymətləndirmə www.neerc.ifmo.ru/contest saytında PCMS2 avtomatik test sistemi ilə aparılıb. Müsabiqənin nəticələrinə görə Qafqaz U1 komandası I, Qafqaz U2 komandası II, “ADA” Universitetinin 2 komandası 3-cü yerə layiq görülüb. Daha 13 komanda III dərəcəli diploma, 9 komanda yüksək nailiyyət sertifikatına layiq görülüb.
Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 3-4 dekabr 2016-cı il tarixlərində Tbilisi şəhərində keçiriləcək “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi”nin növbəti yarımfinal mərhələsində iştirak edəcəklər.

Mətbuat xidməti

yuxarı ⤴