1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
AzTU-da “Network Training Center” şirkətinin təqdimatı olub
29.10.2016/№42

 

 


Azərbaycan Texniki Universitetində professional İT təlim mərkəzlərindən biri olan “Network Training Center”ın təqdimatı olub. AzTU-nun İKT departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə “Network Training Center”ın rəhbəri Teymur Əzizov mərkəz haqqında geniş məlumat verib. Bildirilib ki, mərkəz 2014-cü ildə təsis edilib. Mərkəzdə İT sahəsinə aid demək olar ki, bütün istiqamətlər üzrə kurslar təşkil olunur. Qabaqcıl texnologiyalardan yararlanan şirkətin məqsədi İT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində və inkişafında dəstək olmaqdır.
Görüş zamanı vurğulanıb ki, Texniki Universitetin kurslarına qatılmaq istəyən tələbələrinə xüsusi güzəştlər ediləcək.
Bundan əlavə, “Cisco”, “Microsoft”, “Unix/Linux”, “Oracle” kimi vendorların məhsulları haqqında təlimlər həyata keçiriləcək.
AzTU-nun İKT departamentinin direktoru Azər İmanquliyev də İT sahəsində aktiv olan tələbələrin universitetdə işlə təmin olunmasında maraqlı olduqlarını və tələbələr üçün praktik imkanlar yaradılacağını bildirib.

Mətbuat xidməti

yuxarı ⤴