1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Müslüm Maqomayevin xatirəsinə həsr olunan konfrans
29.10.2016/№42

 

 


Oktyabrın 24-də Qərb Universitetində görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqdan və Moskvadan gələn qonaqların iştirakı ilə keçirilən tədbirdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin musiqi sənətinə verdiyi töhfələrdən söz açılıb, ölməz sənətkarın bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından danışılıb.
Qərb Universitetinin dizayn kafedrasının müdiri Pərvanə Əliyeva, baş müəllim Ramiz Aşurlu və başqaları böyük musiqiçinin həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə və dünya musiqi xəzinəsinə verdiyi misilsiz töhfələrdən bəhs ediblər.
Vurğulanıb ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib.
Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətlinin M.Maqomayevin “Şah İsmayıl” operası ilə bağlı məruzəsi dinlənilib.
Sonra “Oxuyur Müslüm Maqomayev” filminin baş rəssamı Rafiz İsmayılov görkəmli müğənni ilə bağlı xatirələrini bölüşüb.
Konfrans çərçivəsində dizayn fakültəsinin tələbələrinin böyük musiqiçiyə həsr etdikləri yaradıcılıq işlərindən ibarət sərgi təqdim olunub.

yuxarı ⤴