1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Paytaxt təhsilində yeniliklər
29.10.2016/№42

 

 


Məktəb seminarları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi davam etdirilir. Layihə çərçivəsində növbəti təlim-seminarlar Qaradağ rayonu üzrə 319, Suraxanı rayonu üzrə 317, Binəqədi rayonu üzrə 144 nömrəli tam orta məktəblərdə və Nizami rayonu üzrə 220 nömrəli məktəb-liseydə keçirilib. Təlim-seminarlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin inkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova iştirak və çıxış ediblər.
Qeyd edək ki, seminarların məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, təşkilatçı müavinlər və uşaq birliyi rəhbərləri, psixoloqlar, kitabxanaçılar, valideyn icması, müəllimlər və şagirdlər üçün sessiyalarında rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, keyfiyyətə nəzarət işinin təşkili, təlim keyfiyyətinin artırılmasına yeni yanaşmalar, məktəbdaxili qiymətləndirmənin təşkil olunması, məktəbdənkənar fəaliyyətin, sosial layihələrin, psixodiaqnostik işlərin düzgün təşkili və planlaşdırılması və s. kimi aktual mövzular müzakirə olunur.
Keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsi və b. dəyərlərin təbliği əsas məqsəd olan layihələrin həyata keçirilməsində bir sıra digər qurumların əməkdaşları da təlimçi qismində iştirak edirlər. Onların apardıqları təlimlər, mövzu ilə bağlı çıxışları seminar iştirakçılarının dərin marağına səbəb olur, səmərəli müzakirələrə yol açır. Bəzən bu müzakirələr o qədər maraqlı və qızğın olur ki, təlim-seminar üçün nəzərdə tutulan vaxt limitini belə aşır.
Fikirlərini sosial şəbəkələrdə bölüşən bəzi ekspertlər məhz maraqlı təşkilinə, daha çox iştirakçı kontingentini əhatə etməsinə və axtarış-araşdırma xarakterinə görə bu təlim-seminarları çox düzgün olaraq məktəb akademiyaları adlandırır və layihənin ölkə miqyasında tətbiqini təklif edirlər.

Y.ƏLİYEV,
“Azərbaycan müəllimi”


Yeni təyin olunmuş məktəb direktorları ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib. Görüşdə idarənin müdiri Məhəbbət Vəliyeva müsabiqə nəticəsində seçilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrini nəzərlərinə çatdırıb. Eyni zamanda üzərlərinə düşən məsuliyyətli işdə onlara uğurlar arzulayıb.
Daha sonra BŞTİ-nin sektor müdirləri tərəfindən məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, məktəbdənkənar fəaliyyətin təşkili və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul keçirilib

Oktyabrın 28-də Bakıdakı 12 nömrəli tam orta məktəbdə Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, istilik sistemi, maddi-texniki təminat, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə işıqforun qoyulması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

yuxarı ⤴