1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Bakı Slavyan Universitetində gənclərin asudə vaxtlarının səmərəli təşkili müzakirə mövzusu olub
29.10.2016/№42

 

 


Oktyabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) YAP Gənclər Birliyi İdarə Heyətinin iclası keçirilib. İclasda iştirak edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova YAP Gənclər Birliyinin fakültələr üzrə sədrlərinin hesabatlarını dinləyib. Birlik üzvləri gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı yeni layihələrdən, təşkilatın təşəbbüsü ilə fakültələr üzrə dil kurslarının təşkil edilməsindən və həmin kurslarda rus və digər slavyan dillərinin dərindən öyrədilməsindən söz açıblar.
Təşkilatın sədri Elcan Məmmədov yaxın gələcəkdə alman və ingilis dilləri üzrə də belə kursların təşkil olunacağını bildirib.
YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən prorektor Xanım Sultanova gənclərin asudə vaxtlarının səmərəli təşkili və həm rus, həm də digər əcnəbi dillərin yüksək səviyyədə tədrisi ilə bağlı universitetdə xüsusi layihələrin həyata keçiriləcəyini bildirib. Sonda prorektor gənclərə öz tövsiyələrini verib və onların bütün təşəbbüslərinin universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini qeyd edib.

Mətbuat xidməti

yuxarı ⤴