1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
29.10.2016/№42

 

 


Oktyabrın 26-da Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə rayon gənclər və idman idarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Müasir müstəqil Azərbaycan” başlığı altında inşa yazı müsabiqəsi keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir Rayon Gənclər Birliyinin sədri Emin İsmayılov müstəqillik dövründə əldə olunan uğurlardan danışıb.
Təhsil şöbəsinin metodisti İlhamə Rzayeva müsabiqənin keçirilmə qaydalarını məktəblilərin diqqətinə çatdırıb. Qeyd edib ki, inşa yazı müsabiqəsində rayonun 30-dan çox məktəblisi iştirak edir və yazıların yoxlanılması üçün komissiya yaradılıb.
Yekunda müsabiqədə qalib gələn məktəblilər elan edilib. Birinci yerə Əhməd Cavad adına tam orta məktəbin şagirdi Həmidə Bağırovanın, ikinci yerə Düyərli 1 nömrəli orta məktəbin şagirdi Pərvanə Alızadənin, üçüncü yerə isə Düyərli 2 nömrəli orta məktəbin şagirdi Nuran Salahovanın inşa yazıları layiq görülüb.
Qaliblər gənclər və idman idarəsinin fəxri fərmanları ilə təltif olunublar.

yuxarı ⤴