1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəsmi xronika
03.11.2017 / No42

 

 

 


* Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 2-də Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.

* Noyabrın 2-də ölkə başçısı İlham Əliyev Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 2-də Prezident İlham Əliyev akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İran İslam Respublikasında işgüzar səfərdə olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

* Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Həmin gün prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Dövlət başçıları iclasda çıxış ediblər. İclas başa çatdıqdan sonra hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

* Dövlət başçısı İlham Əliyev oktyabrın 31-də Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi, bir qrup əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Oktyabrın 30-da Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya bu ölkənin milli bayramı - İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev oktyabrın 28-də Bakının Səbail rayonunda yeni istifadəyə verilən idman və istirahət parkında yaradılan şəraitlə tanış olub.

* Oktyabrın 28-də dövlət başçısı İlham Əliyev Hadi Musa oğlu Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev oktyabrın 28-də Telman Bayram oğlu İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 28-də dövlət başçısı İlham Əliyev Musa Cəfər oğlu Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 27-də Prezident İlham Əliyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Baş nazir Binəli Yıldırıma bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubları ünvanlayıb.
 

yuxarı ⤴