1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Rəsmi xronika
05.10.2016/№43

 

 


* Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

* Prezident İlham Əliyev oktyabrın 28-də Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya bu ölkənin milli bayramı - İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Oktyabrın 28-də ölkə başçısı İlham Əliyev Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev oktyabrın 28-də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

* Oktyabrın 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Baş nazir Binəli Yıldırıma bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubları ünvanlayıb.
 

yuxarı ⤴