1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Tarix dərslərində İKT-dən istifadə təcrübəsindən
05.10.2016/№43

Şəkil1

Şəkil2

Şəkil3

Cədvəl1

Şəkil4

Şəkil5

Şəkil6

 

 

 


Elmin İMANOV,
Bakı şəhəri 6 nömrəli məktəb-liseyin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Bu gün digər fənlər kimi tarixin tədrisini də İKT-siz təsəvvür etmək mümkün deyil. Mən tarix müəllimi kimi dərslərimdə İKT-dən geniş miqyasda istifadə etməyə çalışıram. Xüsusilə kurikulumla dərs keçən siniflərdə İKT-yə daha geniş yer verirəm. Məsələn, VI sinifdə “Qədim Misir dövləti” mövzusunu keçən zaman motivasiya yaradarkən əvvəlcə lövhədə klaster çəkirəm.
- Aralıq dənizinin şimalında yerləşirdi.
- Piramidalar ölkəsi adlanırdı.
- Ərazisindən Nil çayı axırdı. (Şəkil1)

Sonra isə kompüter vasitəsilə lövhədə Afrikanın şimal hissəsini əks etdirirəm. Beləliklə, şagirdlər özləri dərsimizin Misir haqqında olacağını deyirlər. Proyektor vasitəsi ilə Nil çayının Misirdən keçən hissəsinin, Yuxarı və Aşağı Misir padşahlarının taclarının lövhədə göstərilməsi isə şagirdərin marağına və onlarda təzə keçiləcək mövzular haqqında təsəvvürün yaranmasına səbəb olur.(Şəkil2, şəkil3)

“Ağıllı lövhə”də qədim Misir dövlətinin idarə olunmasını bildirən sxemin, qədim Misir ordusunun piyada döyüşçülərinin, qədim Misir gəmisinin şəkillərinin göstərilməsi isə şagirdlərin keçiləcək dərsə həvəsinin və biliklərinin daha da artmasına səbəb olur. (Cədvəl1, şəkil4)

VIII siniflərdə “Azərbaycanın xarici iqtisadi əlaqələri” mövzusunu keçərkən də yenə İKT-nin imkanlarından istifadə edirəm. Böyük Coğrafi kəşflərdən sonra, məlum olduğu kimi, Avropa ölkələrində çox güclü canlanma hiss olunurdu. Şərq ölkələrinin sərvətlərini Avropa ölkələrinə daşımaq üçün iri ticarət şirkətləri yaradılır və onlar ildırım sürəti ilə inkişaf edirdi. Londonda yaradılmış ticarət şirkətləri artıq Şərq ölkələrinə öz nümayəndələrini göndərirdilər. Ost-Hind şirkətinin ardınca Azərbaycana Moskva şirkətinin də nümayəndələri gəlirdi. Dərsdə motivasiya yaratmaq üçün əvvəlcə “ağıllı lövhə”də o vaxtlar nicbətən təzə kəşf olunmuş Amerika və Hindistanın təsvirini gətirirəm. Şagirdlərdən Böyük Coğrafi kəşflərin əhəmiyyəti, bunun nəticəsində əsas ticarət yollarının dəyişərək dənizlərdən okeanlara keçməsi haqqında soruşduqdan sonra Azərbaycandan Avropa ölkələrinə mal aparılmasında Rusiyanın rolunun artdığını göstərmək üçün Xəzər dənizini və Rusiyanın təsvirini lövhəyə gətirirəm. (Şəkil5)

Şagirdlər proyektor vasitəsi ilə, eləcə də “ağıllı lövhə”lərdə yuxarıda adları çəkilən ölkələrin təsvirini görməklə artıq tədris edilən mövzu haqqında müəyyən təsəvvürə malik olurlar. Elə buradaca Rusiyanın XVI-XVII əsrlərdə Azərbaycandan Avropaya daşınacaq xam ipəyin ixracında inhisarçı mövqe tutmaq cəhdi haqqında məlumat verirəm. Bütün bunlar isə şagirdlərə yeni dərsi elə sinifdəcə kifayət qədər yüksək səviyyədə mənimsəməyə imkan verir.
Yenə VIII sinifdə “Osmanlı imperiyasının bölüşdürülməsi haqqında Avropa ölkələrinin planları” mövzusunun tədrisi zamanı mövzunun daha yaxşı mənimsənilməsi üçün motivasiyada rus imperiatriçası II Yekaterinanın “Yunan layihəsi”nin mahiyyətini açıqlayıram. Bildirirəm ki, bu plana görə Osmanlı imperiyası Rusiya və Avstriya arasında bölüşdürülməli, sonra isə Rusiyanın himayəsi altında “Bizans imperiyası” yaradılmalı idi. II Yekaterina sonradan Balkan yarımadasını osmanlılardan təmizləməyi, burada Bizans imperiyasını bərpa etməyi və taxt-tacda nəvəsi Konstantini otuzdurmağı planlaşdırırdı. Lakin Avropanın digər aparıcı dövlətləri II Yekaterinanın bu planının həyata keçirilməsində maraqlı deyildilər. Belə ki, onlara Osmanlı imperiyasının bölüşdürülməsində kifayət qədər pay çatmırdı. Ona görə də onlar bu “Şərq məsələsi”nin həyata keçirilməsində çox götür-qoy edirdilər.
Motivasiyada deyilənlərin şagirdlərin yadlarında daha yaxşı qalması üçün “ağıllı lövhə”də əvvəlcə Rusiya və Avstriyanın görüntüsünü gətirərək onların hansı ölkələr olduğunu soruşuram. (Şəkil6)

Onlar mövqeyini bildirdikdən sonra, Osmanlı imperiyasının bölüşdürülməsində marağı olan Avropanın digər ölkələrinin də lövhədəki xəritədə təsvir olunmuş görüntülərinə görə şagirdlərdən adlarını soruşuram. Nəticədə şagirdlər həm “Yunan layihəsi” ilə yaxından tanış olur, həm də ayrı-ayrı ölkələrin mövqelərini bilirlər. Bu ölkələrin təsvirlərinin lövhədə görünməsi isə, şübhəsiz ki, onların adlarının şagirdlərin yadlarında daha yaxşı qalmasına səbəb olur.
 

yuxarı ⤴