1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Basketbol üzrə turnirin qrup oyunları keçirilib
05.10.2016/№43

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, M.Müşfiq adına 34 nömrəli tam orta məktəb və “Sumqayıt Gənclərinin Sağlam Gələcəyi” təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə oktyabrın 29-da “3*3 Qızların Basketbol Turniri”nin qrup oyunları keçirilib. Turnirə Dövlət himninin səsləndirilməsilə start verilib.
Turniri açıq elan edən layihə rəhbəri Alxan Hüseynli çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasətindən, idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmizdə yeni-yeni idman ənənələrinin əsası qoyulur. Layihə rəhbəri qadın basketbolu və ona olan marağın artırılması, layihənin gedişatı, məqsəd və vəzifələri, gözlənilən nəticələr haqqında da məlumat verib.
Sumqayıt şəhər 26 nömrəli məktəbin müəllimi Rəqsanə Babayeva isə qeyd edib ki, basketbol oyununa marağı olan gənc qızlarımız var ki, onların bu sahəyə motivasiya edilməsi, marağının artırılması üçün təbliğat işinin aparılması və turnirlərin keçirilməsi vacibdir.
Daha sonra 6 komanda arasında püşkatma yolu ilə olimpiya sistemi üzrə qrup oyunları keçirilib. Oyunların yekununda qalib 3 komandanın yarımfinal və final oyunlarında mübarizə aparacağı müəyyən olunub. Sonra layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

Mətbuat xidməti

yuxarı ⤴