1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Sərbəst güləşçilərimiz komanda hesabında Ümumrusiya açıq turnirinin qalibi olub
05.10.2016/№43

 

 


Rusiya Federasiyasının Kostroma şəhərində yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə VII Ümumrusiya açıq turniri keçirilib.
Turnirdə Rusiya, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və Azərbaycandan 245 idmançı mübarizə aparıb. Ölkəmizi bu turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının 9 güləşçisi təmsil edib.
Yarışın nəticələrinə əsasən ümumi komanda hesabında “Təhsil” RİM-in Lənkəran filialının komandası I yerə layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif olunub.

yuxarı ⤴