1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Azərbaycanın ali təhsil müəssisələrinin inkişafında reytinqlərin rolu
09.11.2017 / No43

Diaqram 1

 

Diaqram 2

 

Cədvəl 1

 

 

 


Arzu HÜSEYNOVA,
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru,

Esmira ƏHMƏDOVA,
Azərbaycan Respublikasının Təhsil İnstitutununAli təhsilin inkişafı şöbəsinin aparıcı mütəxəssisi


Cəmiyyətin müasir inkişafının xarakterik cəhəti, ölkələrin yenilikçi cəmiyyətin formalaşmasında yeni mərhələyə keçidi, biliklərin yayılması, ötürülməsi, əmələgətirilməsi və istifadəsinə əsaslanan iqtisadiyyatın qurulmasıdır. Bacarıqları daimi dəyişən şəraitə uyğunlaşdırmaq vətəndaş cəmiyyətinin aparıcı istiqaməti, maddi rifahının əsas mənbəyinə çevrilir.

İntellektual kapitala sərmayə qoyuluşu resursların qorunmasında və yayılmasında ən effektiv üsula çevrilir. İstehsalın intensivləşdirilməsi və yeni elmi-yenilikçi yanaşmaların tətbiqi elm və təhsilin dünya elm və təhsil sahəsinə inteqrasiya templərinin sürətlənməsini müəyyənləşdirir. Dünya reytinqlərindəki yeri, Azərbaycan ali təhsil müəssisələrinin intellektual və təhsil potensialını tam əks etdirmir. Hazırkı vəziyyətin saxlanılması, dünya reytinqlərində universitetlərin rəqabət qabiliyyətinin artması perspektivlərinin itkisinə səbəb ola bilər.

Buna görə də təhsil sisteminin rəqabət qabiliyyətinin artırılması milli maraqların bir hissəsidir və ölkənin əsas vəzifələrindən biridir. Dövlətimiz buna uyğun olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət planı (2015) çərçivəsində müvafiq standartları hazırlamaq və tətbiq etmək, bu sahədə beynəlxalq təcrübəyə uyğun olaraq təhsilin keyfiyyətini qiymətləndirmək zərurətini nəzərə almışdır. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, milli ATM-nin Avropa universitetləri ilə rəqabət dözümlülüyünü təmin etmək; milli ali təhsil sisteminin müqayisələndirilmə və uyğunlaşdırma imkanlarının yüksəldilməsi - bütün bunlar Azərbaycanın 2005-ci ilin 19 may tarixində qoşulduğu Bolonya prosesinin əsas məqsədidir.

Cari ilin oktyabr ayında Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetində doktorant və gənc tədqiqatçıların sayca XXI Respublika elmi konfransında etdiyi çıxışında universitetlərin elmi tədqiqat fəaliyyətlərinin nəticələrinin dünya reytinqlərinə təsirindən də bəhs edib. Onun sözlərinə görə, tədqiqat fəaliyyəti universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir.

Beləliklə, dünya universitetlərinin QS reytinq siyahısının hazırlanması metodologiyasında istifadə olunan meyarlar arasında tədqiqat fəaliyyəti 20% xüsusi çəkiyə malikdir. Bu göstərici Şanxay reytinq siyahısı üçün 40%-ə, The Times Higher Education üçün isə 60%-ə bərabərdir. O qeyd edib ki, tədqiqat universitetləri tərəfindən fundamental və tətbiqi elmi tədqiqatlar aparmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin kadr və elmi-informasiya təminatını həyata keçirmələri nəzərdə tutulub. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə o zamankı “Thomson Reuters”, indi “Clarivate Analytics” adlanan şirkət arasında bağlanmış müqavilə əsasında ölkəmizin 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib. Bu imkan alimlərimizə dünyanın ən reytinqli elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etməklə yanaşı, öz tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır.

Universitetlərin beynəlxalq reytinqləri ənənəvi olaraq iqtisadi inkişafın qiymətləndirilməsi və dünyanın müxtəlif ölkələrində olan ali təhsilin müqayisəsi üçün əsas meyarlardan biridir. Ali təhsilin dəstəklənməsi, bir qayda olaraq, ona olan ikili tələblərin birləşməsidir. Bir tərəfdən cəmiyyət kütləvi ali təhsil sisteminin çox sayda tələbələrin olması üçün maraqlıdır, o biri tərəfdən isə - o həmişə ən yaxşı universitetlər və bəzən dünya səviyyəli universitetlərin formalaşması üçün şərait yaradılmasına çalışır.
Hər hansı bir ali təhsil müəssisəsinin (ATM) öz rəqabətliliyinin artırılması yolunda əsas fəaliyyət istiqamətlərinin aydınlaşdırılması və beynəlxalq reytinqlərdə öz mövqeyinin yaxşılaşdırılması üçün sıçrayış mexanizmlərinin müəyyən edilməsinə görə ilk növbədə universitetlərin milli və beynəlxalq reytinqlərinin bugünkü tərtib olunma vəziyyətinin təhlilini hazırlamalıyıq.

Universitetlərin beynəlxalq reytinqlərinin müəyyənləşdirilməsinin müxtəlif metodları mövcuddur. Onlardan aşağıdakıları qeyd etmək olar:

1. Dünya universitetlərinin akademik reytinqi və ya Şanxay reytinqi (Academic Rankingof World Universities - ARWU) tərtibatçı - Şanxay Universiteti Tzyao Tun, Çin.

2. QS Reytinqi (QS World University Rankinngs) - tərtibatçı - Quacquarelli Symonds (QS), Böyük Britaniya.

3. Tayms Reytinqi (Times Higher Education World University Rankings, THE), tərtibatçı - Thomson kompaniyasi ilə birgə The Times Higher Education nəşriyyat evi.

Baxmayaraq ki, reytinqlərin tərtib olunması tarixi heç iyirmi ilə çatmayıb, tərtibatçılar hər zaman reytinqlərin klassik müəyyənləşdirmə qaydalarının təkmilləşdirilməsi yollarını axtarırlar. Klassik sistem dedikdə ATM-nin bir cədvəl və ya düz xətt üzərində 1-dən 400 -ə kimi (THE reytinqində olduğu kimi) yerləşmə anlamına gəlir. Lakin bu sistem istifadəçilərə ATM barədə tam məlumat vermir.

Bundan əlavə, reytinqlərin müxtəlif metodologiyaları heç də şəffaf olmayan göstəriciləri önə qoyur. Belə ki, QS reytinqi onun əsas çəkisinin 40%-ni akademik sorğu təşkil etdiyinə görə hər zaman tənqidə məruz qalır. Bununla əlaqədar bir sıra suallar ortaya çıxır: metod nə qədər effektivdir, dünya ali təhsil sahəsində real vəziyyəti necə əks etdirir, ingilisdilli olmayan ölkələrə qarşı diskriminasiya vardımı? Bu problemlərlə digər aparıcı reytinqlərin tərtibatçıları da qarşılaşır.

Məsələn, THE tərtibatçıları hər zaman eynilə akademik sorğu və onun reytinqdə əsas çəkisinə görə tənqid olunur, ARWU müəlliflərinə qarşı isə reytinqin birtətəfli olması iddiası irəli sürülür ki, reytinqin əsas göstəricisi kimi işçilərin və məzunların, Nobel və Filds mükafatlarının laureatlarının sayı göstərilir.

Çinin Şanxay Universitetinin reytinqinin əsası 4 şaxədən ibarətdir. Bunlara təhsilin keyfiyyəti (məzunların əldə etdikləri nəticələr)- 10%, dərs deyən professorların keyfiyyəti - 40%, elmi tədqiqatların nəticəsi - 40%, ATM-də təhsil alan tələbələrin sayına əsasən akademik göstəriciləri - 10% daxildir. Bu reytinq tədqiqat hissəsində bazalaşıb - 80% (tədqiqat aparan professorlar və nəticələr).

Professorların keyfiyyəti iki göstəriciyə əsaslanır: 20% - avtoritet fiqurların olması və 20% - professorların nəşrlərinin məşhurluğu. Tədqiqat nəticələrinin keyfiyyəti iki göstəricidən ibarətdir: 20% - iki elmi dərgidə - Nature və Science nəşrlərin sayı və 20% yüksək təsir faktoru olan dərgilərdə nəşrlərin sayı.

Reytinqin tərtibatçıları reytinq hesablamasında göstəricilərin tədqiqat ağırlığını subyektiv şəkildə artırmışlar. Bu yanaşmanın əsas meyarı iqtisadiyyatdakı innovasiyanın ATM-ə qarşı nəinki ixtisaslaşmış işçilərin və konstruktorların, həmçinin tədqiqatçıların hazırlanması tələbini qoymasıdır. Bununla yanaşı, araşdırma qabiliyyəti yalnız magistr dərəcəsində deyil, həm də fəlsəfə doktoru, idarəetmə, hüquq səviyyəsində olmalıdır. Araşdırma qabiliyyətinə və yetkinliyə yalnız tədqiqat modeli əsasında qurulmuş ATM-də yiyələnmək olar.

Tarixən tətbiqi elm SSRİ məkanında nəinki ATM-də, həmçinin ixtisaslaşmış elmi təşkilatlarda inkişaf edib. Tətbiqi elmin maliyyələşdirilməsi və sənaye müəssisələri ilə bağlanmış elmi sazişlərdən gələn gəlirlər əsasən SSRİ-nin və iqtisadiyyatın dağılmasından sonra ləğv edildi. Nəticə olaraq bir çox tədqiqatçılar elm sahəsindən getdilər. Universitetlərin tədqiqat və innovasiya aktivliyi kəskin aşağı düşdü. Bu MDB dövlətlərinin bir şox universitetlərinin hazırkı reytinqlərinə güclü təsir göstərir.
Təhsil xidmətinin istehlakçıları hər hansı ATM-nin elmi fənnin tədrisinin yüksək olmasını, ixtisaslar, infrastrukturun mövcudluğu və müqayisəli keyfiyyətləri haqda məlumatlı olmaq istəyirlər. Hər bir istehlakçının harada təhsil alması barədə bir sıra meyarlara görə öz istəyi var. Reytinqləri abituriyentlərin, tələbələrin və onların valideynlərinin nöqteyi-nəzərindən araşdırsaq belə nəticəyə gəlmək olar ki, onlar hamısı konkret proqram və istiqamətləri analiz edirlər. Klassik reytinqlər, təəssüflər olsun ki, tam və obyektiv mənzərə yaratmır.

Bununla əlaqədar, reytinqlərin tərtibatçıları cəmiyyətin sorğusuna cavab olaraq ATM-nin müxtəlif bilik sahələrində yeni reytinq sistemini təklif ediblər. Artıq bir neçə ildir ki, 3 aparıcı reytinq şirkəti (QS, THE və ARWU) xüsusi ixtisaslar üzrə reytinqlər tərtib edir.

Həmçinin Quacquarelli Symonds (QS) şirkəti bir neçə il bundan əvvəl ATM-nin yeni sıralama sistemini - QS Stars hazırladı. Bu sıralamada iştirak könüllü və ödənişlidir. Bu günədək 30 ölkədən 100-dən çox universitet bu layihədə iştirak edub. QS Stars layihəsinin alqoritmi belədir- universitetlər QS-a öz fəaliyyətləri haqqında 4 meyar əsasında məlumat verməlidirlər: təhsil, məzunlarln işədüzəlməsi, tədqiqat fəaliyyəti və beynəlmiləlləşmə. Həmçinin universitetlər bir neçə istiqamət seçə bilərlər: universitet infrastrukturu və ya məsafədən təhsilin inkişafı (ikisindən biri), mədəniyyət, innovasiyalar, xeyriyyə və ictimai fəaliyyət, bölgənin inkişafına qatqı (dördündən biri).

Universitetdən alınan məlumatlar əsasında QS reytinq agentliyi universitetin auditini müxtəlif meyarlar əsasında həyata keçırir. Bunun üçün açıq mənbələrdən məlumatlar və QS şəxsi məlumatları istifadə olunur. Audit nəticələrinə görə, universitetə birdən beşə qədər ulduz verilir. Həmçinin ulduzlar hər bir meyar üzrə də təyin olunur. Beləliklə bu layihə kommersiya xarakterli olmasına baxmayaraq, universitetlər aparıcı reytinq agentliyi tərəfindən müstəqil beynəlxalq audit qazanır. Bundan başqa, onlar öz ləyaqətini fərqli meyarlara görə vurğulamalıdırlar ki, bu da istehlakçıların cəlbediciliyinə təsir göstərə bilər.

Əgər universitet yetərli sayda ulduza malikdirsə, bu onun yüksək səviyyəsini təsdiq edir və o digər universitetlər arasında ədalətli reytinqi qazanacaq. QS Stars-da 51 göstərici var ki, bunların da məlumatını xüsusi analitiklər idarə edirlər.

Hazırda Azərbaycanda 49 universitet və 10 filial vardır. Hər bir universitet müəyyənləşdirməlidir ki, hansı sahədə güclüdür. Məhz bu sahədə inkişaf etdirilməlidir. Reytinqdə layiqli yer tapmaq uzun və mürəkkəb prosesdir.

Sual verə bilərsiniz: reytinq yerləri universitetə necə təsir edəcək? Hesab edirik ki, layiqli reytinqə sahib olan hər hansı bir universitet özünü beynəlxalq kontekstdə və dünya məkanında asanlıqla təmsil edə bilər. Bəzi sahələrdə reytinqlərdə yaxşı mövqelərimiz varsa, bu, ilk növbədə, biznes strukturları və beynəlxalq əməkdaşlıq orqanları tərəfindən universitetə inam səviyyəsini yüksəldəcək. İkincisi, yerli və xarici tələbə və müəllimlərin axını artacaq.

Beynəlxalq reytinqdə, ilk növbədə, uzun illərdir dünya səviyyəli universitetlər yer tutur. Onlar elm və texnologiyanın müxtəlif sahələrində dünya liderləridir və burada qabaqcıl tədqiqatlar aparılır. Bu ali məktəblər görkəmli alimlər, mühəndislər, ictimai xadimlər, Nobel mükafatı laureatları ilə fəxr edə bilərlər. Dünya səviyyəli universiteti necə yaratmaq olar?

Universitet reytinqlərinin mütəxəssisi C.Salminin1  fikrincə, resept sadədir- ən yaxşı müəllimləri-tədqiqatçıları cəlb etmək üçün böyük pul vəsaiti, daha sonra isə yüksək səviyyəli tədqiqatların təmin edilməsi məqsədilə bahalı proqram təminatı və məlumat bazalarının alınması üçün böyük məbləğdə pul və üstəgəl menecerlər cəlb etmək lazımdır. Növbəti mərhələ universitetin müvafiq reklamıdır. Burada reklam növlərindən biri universitetlərin reytinqi ola bilər. Gözlənilən nəticə: daha hazırlıqlı abituriyentlər bu təşkilatla maraqlanacaqlar. Əlbəttə, 15 il ərzində dünya səviyyəli universitet yaratmaqda Çinin müsbət təcrübəsi göstərir ki, bu yanaşma doğrudur. Ancaq, ilk növbədə, bütün universitetlər üçün kifayət qədər pul yoxdur.

İkincisi, Dünya Bankı 1963-cü ildən etibarən inkişaf etməkdə olan ölkələrdə yüksək səviyyəli təhsil sistemlərinin şəffaflığını fəal şəkildə təşviq və effektivliyinin və şəffaflığın artırılmasına və qlobal dünyanın müasir tələblərinə cavab verən ən mühüm təhsil islahatlarının həyata keçirilməsində iştirak edir. Buna baxmayaraq, məşhurluq və səviyyəsinə görə ikinci Kembric və ya Harvard meydana gəlməyib.

Hətta ən yaxşı Şanxay reytinqində belə bir çatışmazlıq var. Xüsusən, Y.Çenq və N.K.Lyu qeyd edirlər ki, hər bir sıralama şübhə doğura bilər və tamamilə obyektiv reytinq yoxdur. Onların fikrincə, ARWU-FIELD layihəsi müstəqil bir akademik tədqiqatdır və hər hansı bir xarici təsir olmadan aparılır. Burada diqqətlə seçilmiş qeyri-subyektiv meyarlar və beynəlxalq səviyyədə müqayisə oluna bilən və özünü doğrultmuş məlumatlardan istifadə olunur. Buna baxmayaraq, sıralamada bir çox problemlər yaranır və o daha da təkmilləşdirilməlidir.

Elmi-tədqiqat və təhsil təşkilatlarını sıralamaq prinsipi faktiki olaraq onların illik nailiyyətlərini müəyyənləşdirmək mexanizmidir.

Bütün sadələşmələr və çatışmazlıqlar ilə reytinqlər universitetlərin müqayisəli üstünlüyünü tez bir zamanda qiymətləndirməyə imkan verir ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, bazarda rəqabətin artmasına müsbət təsir göstərsin və cəmiyyətə baş verən dəyişikliklər barədə məlumat verilsin.

Azərbaycanın ali məktəbləri də boş dayanmır. Son illərdə liderlik etməyə çalışaraq, onlar ciddi inkişaf edir və modernləşirlər.

Səkkizinci beynəlxalq 2011/12 QS World University Rankings universitet reytinqində ilk dəfə olaraq 3 Azərbaycan universiteti təmsil olundu. 2018-ci il üzrə nəşr olunmuş beynəlxalq reytinq cədvəlində (QS) iki Azərbaycan universiteti daxil edilmişdir. Azərbaycanın ali məktəbləri “701+ və 801+” qrupunda siyahının sonlarındadır, lakin bu reytinqə daxil olmaq kifayət qədər təqdirəlayiqdir.

Universitetin sosial-mədəni bir fenomen kimi mürəkkəbliyi səbəbiylə, universitetlərin reytinqi qəbul edilən yüksək beynəlxalq reytinqlərdə olduğu kimi, birölçülü ola bilməz. Reytinq universitetlərin müxtəlif xüsusiyyətlərini; əməkdaşlıq və rəqabət vasitəsi olmağı və eləcə də universitetlərin üstünlüklərini vurğulamağı nəzərə almalıdır.

Digər ölkələrin təcrübəsinə əsaslanaraq, ümumilikdə qəbul edilmiş metodologiya çərçivəsində, universitetlərin milli reytinqini inkişaf etdirməyi təklif edirik. Bunda iştirak etmək Azərbaycanın ali təhsil məktəblərinə yeni keyfiyyət səviyyəsinə çıxmaq, təhsil xidmətlərinin milli bazarında öz mövqələrini gücləndirib inkişaf etdirmək imkanlarını verəcək. Bundan əlavə, təhsil keyfiyyətinin qiymətləndirilməsində beynəlxalq reytinqlərdən istifadə etmək üçün yeni üsullar hazırlanmışdır. Məsələn, koqnit və digər üsullar.

Universitetlərin milli reytinqi təhsil xidmətlərinin bazarını daha şəffaf edəcək, Azərbaycan universitetləri və filialları obyektiv meyarlara uyğun qiymətləndiriləcəkdir. Bu, ölkədə ümumi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bir vasitədir.
Milli təhsil xidmətləri bazarında öz mövqelərini müəyyən etdikdən sonra Azərbaycanın universitetləri regional və beynəlxalq bazarları inkişaf etdirməyə hazır olacaq. Və milli səviyyəli təcrübəyə malik olub, xarici universitetlərlə müqayisəli təhlil istiqamətində hərəkət edə bilərlər.

Azərbaycanın təhsil xidmətlərinin bazarının inkişafına kiçik bir təhlil aparacağıq.

Diaqram 1. MDB ölkələrində ali təhsilli iqtisadi fəal əhalinin payı, faizlə

Mənbə: MDB ölkələrinin statistika məlumatları, 2015-ci il
Cədvəl 1. Azərbaycanın işləyən əhalisinin təhsil səviyyəsi, faizlə

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2016-cı il
Son 20 il ərzində Azərbaycanda ali təhsil müəssisələrinin sayı iki dəfə artıb.

Buna baxmayaraq, işləyən əhalinin ali təhsilli hissəsi 16% təşkil edir (Diaqram 1). Bu, MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrində iqtisadi fəal əhalinin orta göstəricisindən 2 dəfə azdır. İnkişaf etmiş ölkələrdə bu rəqəmlər daha da yüksəkdir. Məsələn, Birləşmiş Ştatların iqtisadi cəhətdən fəal əhalisinin 25-64 yaş arası ali təhsil nisbəti 44%, Almaniya və Belçikanın 37% təşkil edir. Azərbaycanda Cədvəl 1-dən göründüyü kimi, orta ixtisas təhsili ilə işləyən əhalinin nisbəti 60%-dən çoxdur və işləyən əhalinin 10,6%-i orta ixtisas təhsili alır. İnsan kapitalının inkişafı üçün biz məşğul əhalinin ali təhsili olan nisbətini ciddi şəkildə artırmalıyıq.

Cədvəl 2-də ölkələrin əhalisində tələbələrin payına nəzər salaq. Statistik məlumatlara görə, Azərbaycanda tələbələrin payı 1.4%-dir. Bu, müqayisədə orta dünya rəqəmindən bir qədər aşağıdır. Danimarka, Yeni Zelandiya, Macarıstan kimi ölkələrlə müqayisə etsəniz, Azərbaycan əhalisindəki tələbə nisbəti bu ölkələr üçün müqayisəli rəqəmlərdən, təxminən, iki dəfə azdır.
Cədvəl 2. Ölkə əhalisində universitet tələbələrinin payı, faizlə (Cədvəl 1)


Mənbə: http://www.oecd.org/ , Global Innovation Index, 2016
Azərbaycanın təhsil xidmətlərinin bazarının inkişafına dair təhlilin nəticələri göstərir ki, daxili bazar kifayət qədər mənimsənilməyib və zəbt edilməyib; universitetlərin genişləndirilməsi və inkişafı üçün kifayət qədər potensial mövcuddur. Bir tərəfdən burada milli reytinq cəmiyyətə yardım etmək və digər tərəfdən ictimai yardımı daşımaq üçün bir vasitə kimi fəaliyyət göstərə və universitetlərin daha tez dəyişməsi üçün köməklik edə bilər.

Milli reytinq analoji reytinqlərdən nə ilə fərqlənəcək? Azərbaycanın ali məktəblərini xaricin nüfuzlu ekspertlərinin qiymətləndirməsi qürurvericidir.

Məzunların çoxunun bizim ölkədə yüksək ödənişli və perspektivli işlərin əldə edilməsinə ümid etdiyini nəzərə alsaq, bu fakt ali təhsil almaq məqsədinə necə təsir göstərir? Bəlkə də yerli biznes və işəgötürənin ali təhsil müəssisələrində təhsilin qiymətləndirilməsində iştirak etməsi məqsədəuyğundur?

Milli reytinqin faydası nədir?

Birincisi, Azərbaycan ali təhsil müəssisələrinin mövcud potensialını ehtiva etməyən beynəlxalq reytinqlərdə siyahının sonunda abstrakt yer yox, məzunların işə düzəlməsi faizi əsasında ali məktəbin real keyfiyyət göstəricisini öyrənə bilərik.

İkincisi, abituriyent və onların valideynlərində təhsil aldıqdan sonra seçdiyi ixtisas üzrə işə düzəlmək ehtimalı böyük olan ali məktəbi müəyyənləşdirmək üçün oriyentasiya olacaq. Reytinqin köməyi ilə ali təhsil müəssisələri arasındakı fərqlər və müəyyən bir universitet içərisində olan fərqli təhsil proqramı haqqında məlumat əldə etmək olar.

Üçüncüsü, əmək bazarının iştirakçıları və agentləri ümumilikdə təhsilin keyfiyyətini artırmaqda maraqlı olacaqlar. “Güclü” universitetlər ilk növbədə reytinqdə iştirak etməkdə maraqlı olacaqlar. Belə ki, bu, daxili islahatları da sürətləndirəcək. Həm də reytinqdə iştirak etmək unudulmuş və regional universitetlərin təhsil xidmətlərinin milli bazarında öz prestijini artırma şansıdır.

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirakını inkişaf mərhələsinin növbəti addımı kimi görürük.

Yuxarıda göstərilən proseslər həm ölkə daxilində, həm də xaricdəki tələbələrin cəlb ediləcəyi universitetlərin rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaqdır. Rəqabətin artırılması ali təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq, yəni “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədi olan keyfiyyətli insan kapitalının formalaşmasına səbəb olacaqdır.


1. C.Salmi ən yaxşı tədqiqatların aparılmasına və texnologiyanın köçürülməsinə qoşulma bacarığına dair məzunların biliklərinin yüksək keyfiyyəti olan ən yaxşı təhsil müəssisələrinin fəaliyyətinin inandırıcı nəticələrini qeyd edir, əslində üç faktorlar qrupuna səbəb ola bilər: a) müəllim və tələbələr arasında yüksək səviyyədə istedad; b) əhəmiyyətli maliyyə imkanları effektiv bir təhsil mühiti yaratmağa və ən qabaqcıl elmi tədqiqatları aparmağa imkan verir; v) bürokratik gecikmələr olmadan qərar qəbul etməyə və rəhbərlik fəaliyyətlərini tez bir zamanda həyata keçirməyə imkan verən yenilikçi yanaşmaların strateji məqsədinin tətbiqi daxil olan optimal idarəetmə modeli

yuxarı ⤴