1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəsmi xronika
09.11.2017 / No43

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.

* Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və nitq söyləyib.

* Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 7-də Azərbaycan neft sənayesi işçilərinə fəxri adların, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi, bir qrup neft sənayesi işçisinin isə ordenlər və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Prezident İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

* Noyabrın 6-da ölkə başçısı İlham Əliyev metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonlarla tanış olub.

* Dövlət başçısı İlham Əliyev noyabrın 6-da Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Prezident İlham Əliyev noyabrın 6-da Natiq Ərziman oğlu Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Telman oğlu Nəbizadənin isə cəmiyyətin Baş direktoru təyin edilmələri haqqında sərəncamlar imzalayıb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 6-da Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi, bir qrup işçisinin isə orden və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Noyabrın 6-da dövlət başçısı İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 6-da “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 3-də Zeynal Səfər oğlu Nağdəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Noyabrın 3-də dövlət başçısı İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
 

yuxarı ⤴