1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
ADNSU ilə elmi sahədə birgə işlər görüləcək
09.11.2017 / No43

 
 

 

 


Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzinin və Bask Universitetinin professoru Yevgeniy Çulkovla görüş keçirilib.

Qonağı universitetdə görməkdən məmnun qaldığını deyən ADNSU-nun rektoru, professor M.Babanlı bu cür görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. Universitetin elmi potensialının inkişaf etdirilməsi üçün görülən işlər barədə Y.Çulkova məlumat verən rektor ADNSU-nun gələcəkdə təkcə tədris müəssisəsi deyil, həm də böyük elm mərkəzi kimi fəaliyyət göstərəcəyinə inandığını qeyd edib. M.Babanlı universitetin kafedralarında laboratoriyaların maddi-texniki bazasının inkişaf etdirilməsi, gündəlik təcrübə proqramı, buraxılış işlərinin mövzularının sənaye müəssisələrinin tələbinə uyğunlaşdırılması və s. haqqında məlumat verib.

Səmimi qəbula görə rektor M.Babanlı başda olmaqla universitet rəhbərliyinə təşəkkür edən Yevgeniy Çulkov təmsil etdiyi İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universiteti haqqında məlumat verib, ADNSU ilə elmi sahədə görülə biləcək birgə işlər barədə danışıb.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universiteti ilə əməkdaşlığın Azərbaycan elminə verə biləcəyi töhfələrdən bəhs edib.

Sonda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
 

yuxarı ⤴