1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib
09.11.2017 / No43

 
 

 

 


Yarmarkada 54 müəssisə tərəfindən 267 vakant iş yeri təklif olunub

Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir. Bu sahədə işlərin davamı kimi, cari ilin 9 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən münasib işlərlə təmin olunan 41,6 min nəfərdən 32,7 faizini (13 615 nəfər) gənclər təşkil edib. Nazirliyin xətti ilə həmin dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2913 nəfərdən 57,2 faizi (1666 nəfər) də gənclər olub.

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq, Dövlət Məşğulluq Xidməti tərəfindən hazırkı tədbir də daxil olmaqla, cari ildə respublikamızın 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlər zamanı ümumilikdə 2,6 min vakant iş yeri təklif olunub, tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə onlar işəgötürənlərə öz şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.

Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb. İşəgötürənlər isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbir zamanı iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib.

 

yuxarı ⤴