1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Heydər Əliyevin dil siyasəti” mövzusunda müştərək dərs keçilib
09.11.2017 / No43

 
 

 

 


Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Heydər Əliyevin dil siyasəti” mövzusunda müştərək dərs keçilib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər bir xalqın ana dilinin onun milli kimliyi olduğunu bildirib. O qeyd edib ki, dünyada elə xalqlar var ki, onların müstəqil dövləti mövcud deyil, amma dili var. Məhz bu dil vasitəsi ilə həmin xalqlar öz mədəniyyətlərini, ədəbiyyatlarını, musiqisini yarada biliblər. Azərbaycan dilinin ən gözəl dillərdən biri olduğunu söyləyən A.Babayev onun dünyada ən çox işlənən dillər sırasında 21-ci pillədə qərarlaşdığını sözlərinə əlavə edib. Daha sonra məsələnin siyasi və mənəvi tərəfləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşən professor latın qrafikalı əlifbaya keçidin tarixi, bu yolda göstərilən səylərdən söz açıb.

1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultayı türkdilli xalqların həyatında möhtəşəm bir hadisə kimi xarakterizə edən Azərbaycanşünaslıq ETL-in elmi işçisi Elçin İbrahimov onun fəaliyyəti, nəticələri, məqsədləri, müsbət və mənfi cəhətləri barədə ətraflı məlumat verib. E.İbrahimov daha sonra ümummilli lider Heydər Əliyevin dil siyasətindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyevin bu siyasəti SSRİ dövründən başlayıb. Həmin dövrdə bir xalqın müstəqil dil məsələsini qaldırması heç də asan məsələ olmasa da, Heydər Əliyev bu məsələnin konstitusiya səviyyəsində həllinə və 1978-ci ildə Azərbaycan SSR-in dilinin Azərbaycan dili olmasına nail olub. O, həmçinin ölkəmizdə müxtəlif dövrlərdə aparılan əlifba islahatları barədə də fikirlərini bildirib.

Dərs tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

yuxarı ⤴