1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Azərbaycan və Türkiyə universitetləri bir arada
09.11.2017 / No43

 
 

 

 


İki ölkənin ali məktəbləri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantı keçirilib

Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil məktəbləri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantı keçirilib. Toplantıda Azərbaycandan 9 (SDU, ADİU, ADMİU, ATU, BMU, TU, BDU, ADPU, ADAU), Türkiyədən 4 universitet (İstanbul Universiteti, Sakarya Universiteti, Kosaeli Universiteti, Fatih Sultan Mehmet Vakif Universiteti) rektor və ya prorektor səviyyəsində təmsil olunub. Sumqayıt Dövlət Universitetini toplantıda elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov təmsil edib.

İstanbul Universitetinin rektorluq binasının Mavi Salonunda keçirilmiş konfransda bütün iştirakçılar çıxış ediblər. Çıxışlarda Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin vəziyyəti, tələbə və təcrübə mübadiləsinin əhəmiyyəti, ikili diplomların verilməsi yolları, təhsillə bağlı əməkdaşlığın inkişafına mane olan məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan universitetləri rəhbərlərinin çıxışlarında nəzərə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu təhsil siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan universitetləri Almaniya, İngiltərə, İspaniya, Fransa, İtaliya, Rumıniya, Rusiya, Ukrayna, Belarus, Çin və digər ölkələrin ali məktəbləri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramının uğurlu gələcəyini təmin etmək üçün, ilk növbədə, diplomların qarşılıqlı tanınması, ortaq təhsil proqramlarının müəyyən edilməsi, nəzəri biliklərlə təcrübə arasında uyğunluğun təmin edilməsi istiqamətlərində irəliləyişlər olmalıdır.

SDU-nun prorektoru, professor R.Məmmədov öz çıxışında konfrans iştirakçılarına təmsil etdiyi universitetdə təhsilin və elmi-tədqiqat işlərinin təşkili və universitetin xarici ölkələrin ali məktəbləri ilə əlaqələri barədə məlumat verib. Bildirib ki, Sumqayıt Dövlət Universiteti Bolonya təhsil məkanına daxil olmuş Avropa və Asiya ölkələrinin bir sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub. Universitetdə tədris olunan bir neçə ixtisas Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatına layiq görülüb. SDU Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının həmsədri, Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının üzvüdür. SDU Mövlanə proqramı çərçivəsində Türkiyənin bir sıra universitetləri ilə də əməkdaşlıq edir və bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Məsim Hacıyev və Türkiyədəki səfirliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsirova, Türkiyə Maarif Fondunun İdarə Heyətinin üzvü Nədim Kaya və başqaları çıxış ediblər.
Konfransdan sonra azərbaycanlı qonaqlar İstanbul şəhərində fəaliyyət göstərən bir neçə universiteti ziyarət ediblər.

 

yuxarı ⤴