1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
AzTU ilə Avropanın 5 universiteti ikili diplom müqaviləsi imzalayacaq
09.11.2017 / No43

 
 

 

 


Azərbaycan Texniki Universitetinin (AzTU) regional koordinatoru olduğu Erasmus+ layihəsi çərçivəsində 7-8 dekabr 2017-ci il tarixlərində Parisin CNAM universitetində ikili diplom seminarının keçirilməsi planlaşdırılır. Azərbaycandan olan tərəfdaş universitetlərin: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin rektorları, həmçinin layihənin regional texniki direktoru, AzTU-nun professoru Həsən Hüseynov seminarın işində iştirak etmək üçün Parisə dəvət olunublar.

Seminarda Azərbaycanın (3), Rusiya Federasiyasının (5) və Çinin (2) tərəfdaş universitetləri ilə Avropanın aparıcı 5 universiteti arasında “Bərpa olunan enerji mənbələri”, eləcə də “Binaların enerji səmərəliliyi” ixtisasları üzrə ikili diplom müqavilələrinin imzalanması nəzərdə tutulub. İkili diplom müqaviləsinin Fransanın CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leypsiq, İtaliyanın Pavia və Turin universitetləri ilə bağlanması planlaşdırılıb.

 

yuxarı ⤴