1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
NDU beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
09.11.2017 / No43

 
 

 

 


Tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan və bu sahədə dünyanın ən böyük təqaüd təşkilatı sayılan Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil olunan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mərkəzin fəaliyyətinin önəmini və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.

Xidmətin Bakı Məlumat Mərkəzinin direktoru Stefani Düfo vurğulayıb ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən qurum dünyada 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Alman Akademik Mübadilə Xidmətinin əsas fəaliyyəti tələbələrin və elmi işçilərin mübadiləsi ilə Almaniyanın xarici ölkələrlə akademik münasibətlərinin dəstəklənməsidir. Xidmətin Bakı Məlumat Mərkəzi regionlarda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Əvvəlki layihələrdə təkcə alman dili ixtisaslarında oxuyan tələbələrə üstünlük verilirdisə, bu gün artıq layihə çərçivəsində ingilisdilli təhsil proqramlarına da yer verilir. İl ərzində tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktəbləri təşkil edən Bakı Məlumat Mərkəzi tərəfindən təqaüdlü təhsil proqramları da irəli sürülür.

Sonda tələbələrin mərkəzin iş prinsipi ilə əlaqədar sualları cavablandırılıb, mərkəzin fəaliyyətini dolğun əks etdirən broşürlər paylanılıb.
 

yuxarı ⤴