1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Təhsildə keyfiyyət ili
Şagirdlərimizin elmi biliklərə yiyələnməsinə daha da təkan veriləcək
09.11.2017 / No43

 

 

 


Əzət BALAYEVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında mən də iştirak və çıxış etdim. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulamışdı. Doğrudan da, hazırda Azərbaycan Respublikasının təhsil siyasətinin əsasında multidissiplinar yanaşma dayanır. Təhsil sistemimiz özündə pedaqoji, sosial, psixoloji, iqtisadi, tibbi, innovativ istiqamətləri birləşdirir.

Şəffaf işə qəbul sisteminin yaradılması, təhsil işçilərinin elmi-pedaqoji peşəkarlığının yüksəldilməsi, şagirdlərə bilik verməklə yanaşı onların sağlamlığının düzgün inkişafının təmin olunması, təhsildə bərabərlik prinsiplərini rəhbər tutaraq sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olumasına şərait yaradılıb. Tədris prosesində İKT-nın tətbiq edilməsi, təhsildə tədqiqatlara üstünlük verilməsi, valideyn-müəllim-şagird münasibətlərinin düzgün qurulmasının ön plana çəkilməsi müasir təhsil sistemimizin əsas komponentləridir.

Müəllimlərin işə qəbulu imtahanından müvəffəqiyyətlə keçərək fəaliyyətə başlayan gənc müəllim kimi deyə bilərəm ki, Təhsil Nazirliyi tərəfindən yaradılan bu şəffaf sistem müəllim olmaq istəyən şəxslərin öz üzərində çalışmasına stimul verir. Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əsasən əməkhaqlarında olan artımlar onların sosial rifahının yüksəlməsinə müsbət təsir göstərmişdir, eyni zamanda bu, məktəblərdə müəllimlərin gender balansının da tənzimlənməsinə şərait yaradır.
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsasında sağlam şagirdlərlə yüksək bilik və bacarıqların əldə olunması dayanır. Sinif otaqlarının dizaynı, işıqlandırılması, şagirdlərin fiziki aktivliyinin təmin edilməsi üçün idman avadanlıqlarının təşkili, partaların şagirdlərin fiziki göstəricilərinə uyğun seçilməsi kimi ən xırda və vacib məqamlar bu layihənin ən uğurlu komponentləridir.

Bu gün təhsildə inklüziv yanaşmaların tətbiqi sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi, onlarda vacib bacarıqların formalaşması, cəmiyyətə adaptasiyası üçün şərait yaradır. Mən öz təcrübəmə əsasən deyə bilərəm ki, həmin şagirdlər özlərini çox xoşbəxt hiss edirlər.

2016-2017-ci tədris ilində ilk dəfə olaraq ödənişsiz əsaslarla məktəb hazırlıq qrupları təşkil edildi. Bir müəllim kimi bu qruplarda uşaqların necə inkişaf etdiyinin, məktəb mühitinə necə uyğunlaşdığının şahidi olmuşam.

Müəllim peşəsi yer üzündə ən şərəfli peşədir. Cəmiyyətimizin gələcəyi biz müəllimlərin yetişdirdiyi gənclərdən asılıdır. Vətənpərvərlik, humanizm, ədalət, ayrı-seçkiliyə yol verməmək, tolerantlıq kimi mənəvi xüsusiyyətlər müəllim üçün ən vacib keyfiyyətlərdir. Eyni zamanda biz qeyd etdiyim xüsusiyyətləri yetişməkdə olan gənc nəslə aşılamaq üçün müxtəlif metod və vasitələrdən istifadə etməliyik.

Əziz müəllimlər, çalışaq ki, qeyd etdiyim keyfiyyətləri əsas tutmaqla dövlətimizin bizə göstərdiyi etimadı doğruldaq və müqəddəs peşəmizi layiqincə yerinə yetirək. Azərbaycanımızın qloballaşan dünyaya inteqrasiyasını təmin etmək üçün bunu bizdən zaman tələb edir.

 

yuxarı ⤴