1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Fransalı həmyerlimiz ADMİU-da ustad dərsi keçib
09.11.2017 / No43

 
 

 

 


Dünya şöhrətli pianoçu heç bir yerdə demədiyi ifa sirlərini tələbələrlə bölüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub.

Universitetlə yaxından tanış olan pianoçu “Vernisaj” zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva instrumental ifaçılıq kafedrasının tələbələrinin ifalarında dünya bəstəkarlarının əsərlərini dinləyib. İfalarından razı qaldığını bildirən fransalı həmyerlimiz ustad dərsi şəklində keçən bu görüşdə heç bir yerdə demədiyi ifa sirlərini məhz doğma Azərbaycanda gənc həmkarları ilə bölüşdüyünü qeyd edib, onlara dəyərli məsləhətlər verib.

Qeyd edək ki, artıq 25 ildir Fransada yaşayan və Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan soydaşımızın adına 22 ildir ki, Fransa və İsveçrədə Beynəlxalq Pianoçular müsabiqəsi təşkil olunur. Görkəmli pianoçu 50-dən çox ölkənin konsert salonunda çıxış edib, 30-dan artıq kompakt-disk müəllifidir.

 

yuxarı ⤴