1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində bayram tədbiri
09.11.2017 / No43

 

 

 


Şakir CƏFƏROV

Noyabrın 8-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə kollecin pedaqoji və tələbə kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə tələbələrin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Hümeyrə Nadiri "Azərbaycan bayrağının tarixi" mövzusunda çıxış edib. Bildirib ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Sonra kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq qeyd edib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında Dövlət Bayrağı Gününə aid şeir söylənilib, mahnı oxunub və ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Həmçinin ADPK-nın xor ansamblının çıxışları alqışlarla qarşılanıb.

 

yuxarı ⤴