1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Azərbaycan gəncliyi dünən, bu gün və sabah”
09.11.2017 / No43

 
 

 

 


Zaqatala Rayon Təhsil Şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Üçüncü Tala kənd tam orta məktəbində “Azərbaycan gəncliyi dünən, bu gün və sabah” adlı tədbir keçirilib.

Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru müasir gəncliyin müxtəlif istiqamətlərdə maariflənməsinin əhəmiyyətindən danışıb.

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən, milli dəyərlərimizə qarşı yönələn yad ünsürlərlə mübarizənin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı isə gənc nəslin sağlam ruhda yetişdirilməsinin zəruri məsələ olduğunu qeyd edib. O vurğulayıb ki, hər birimiz milli-mənəvi dəyərlərin daşıyıcısı, o cümlədən onun qoruyucusu olmalıyıq.

Zaqatala RTŞ-ın əməkdaşı təhsilin dini radikalizmlə mübarizədəki vacib rolundan, Azərbaycan maarifçilərinin 19-cu əsrdə dini mövhumata, fanatizmə və dini xurafata qarşı apardığı mübarizədən bəhs edərək bildirib ki, şagirdlərin bu barədə geniş məlumatlara yiyələnmələri mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

yuxarı ⤴