1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Vətənin müdafiəsinə hazıram”
09.11.2017 / No43

 
 

 

 


Xaçmaz şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edən “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatı keçirilib. Yarışda Ağstafa komandası Respublika çempionatının qalibi olub. Çempionatda Ağstafa rayonunu Eynallı kənd tam orta məktəbinin komandası təmsil edib. Birincilik çağırış və çağırış yaşınaqədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilib. Komandalar çempionatın proqramına uyğun olaraq 100 və 2 min metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma mərhələləri üzrə yarışıblar. Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və kubokları ilə təltif ediliblər.

Eynallı kənd tam orta məktəbinin komandası Mingəçevir şəhərində keçirilən zona mərhələsində də 1-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴