1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Erkən evlilik və onun fəsadları”
09.11.2017 / No43

 
 

 

 


Saatlı rayon Şirinbəy kənd orta məktəbində rayon polis şöbəsi və təhsil şöbəsinin birgə təşəbbüsü ilə “Erkən evlilik və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin nümayəndələri, mərkəzi xəstəxananın həkimləri, təhsil şöbəsinin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Polis şöbəsinin inspektoru, baş leytenant İqbal Həsənov çıxış edərək, erkən nikahın bu gün aktual məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, bir sıra hallarda ailə quran tərəflərin yaş həddinin aşağı olması sonradan problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Ailə və Uşaqlara Dəstək Mərkəzinin sədri Aida İbrahimova bildirib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.

Tədbirdə qeyd edilib ki, rayon üzrə statistikaya əsasən, Ahısqa türklərinin məskunlaşdığı kəndlərdə erkən nikahlara daha az rast gəlinir.

Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴