1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Söz sərrafı Vaqif”
09.11.2017 / No43

 
 

 

 


Qax rayonu Ləkit kənd tam orta məktəbinin kitabxanasında dahi şairimiz Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Söz sərrafı Vaqif” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Şirinova bildirib ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərindən olub. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərib.

Şagirdlər Molla Pənah Vaqif yaradıcılığından, onun həyat yolundan bəhs edən məruzələrlə çıxış edib, şeirlər söyləyiblər. Sonra Vaqifin öz dostu Vidadi ilə deyişməsini əks etdirən səhnəcik nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılar kiçik hədiyyələrlə mükafatlandırılıblar.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴