1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Qalib komandalara diplomlar təqdim edilib
09.11.2017 / No43

 
 

 

 


Daşkəsən rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə rayon ümumi təhsil məktəblərinin komandalarının iştirakı ilə “Xəmsə” milli intellektual oyunun rayon mərhələsi keçirilib. Yarışda İ.Nəsimi adına 1, A.Mürsəlova adına 2, S.Vurğun adına 4 nömrəli və M.Mustafayev adına Bayan kənd tam orta məktəblərin komandaları iştirak ediblər.Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır. Yarışın nəticələrinə əsasən, 1500 xalla I yerə A.Mürsəlov adına 2 nömrəli tam orta, 500 xalla II yerə M.Mustafayev adına Bayan kənd tam orta, III yerə isə S.Vurğun adına 4 nömrəli tam orta məktəblərinin komandaları layiq görülüb.

Sonda qalib olan komandaların iştirakçılarına diplomlar təqdim edilib.

Mikayıl MİKAYILLI,
Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴