1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Məktəbdə “dəyirmi masa”
09.11.2017 / No43

 
 

 

 


Noyabrın 6-da Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə Milli televiziya və radio günü münasibətilə “dəyirmi masa” keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Ağayeva Azərbaycan televiziyası və radiosunun yaranma tarixindən danışıb. O, bildirib ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir.

Məktəbin tarix müəllimi Vüsalə Orucova öz çıxışında qeyd edib ki, hər bir xalqın teleradiosu onun görən gözü, danışan dili, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsüdür.

Tədbirdə həmçinin Azərbaycan radiosunun və televiziyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edən qısa film izlənilib.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴