1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
ABŞ universitetlərinin qiymətləndirilməsi aparılıb
09.11.2017 / No43

 

 

 


Ali məktəblər tələbələri müstəqil həyata nə dərəcədə hazırlaya bilirlər?

Oruc MUSTAFAYEV

Müasir dünyada əmək bazarının günü-gündən kəskinləşən sərt tələbləri şəraitində gənclərin universitet təhsilinə marağı durmadan artır. İndi ali təhsilə can atan gənclər konkret universitetin onun ümidlərini doğruldub-doğrultmayacağı sualı üzərində düşünürlər: Mən necə ali təhsil ala (işlə təmin oluna) bilərəm? Ali məktəbdə mənim düzgün istiqamətdə təhsil almağıma imkan verən resurslar varmı? Aldığım təhsil sahəsində inkişaf edə biləcəyəmmi?

Böyük Britaniyanın “Times Higher Education” jurnalı və ABŞ-ın “The Wall Street Journal” qəzeti tərəfindən amerikalı tələbələr arasında aparılmış növbəti tədqiqatla bağlı sorğu məhz bu suallara cavab tapmağa kömək edəcək. Əsasən ABŞ-ın nüfuzlu universitetlərinin iştirak etdiyi tədqiqatın məqsədi ali məktəblərin tələbələri nə dərəcədə müstəqil həyata hazırlamasını qiymətləndirməkdən ibarətdir. Qiymətləndirmə zamanı gələcək məzunların gəlirləri, ali məktəblərin resursları, müəllim və tələbələr arasında qarşılıqlı münasibətin səviyyəsi, eləcə də multikultural mühit nəzərə alınıb. Tədqiqat gedişində 200 minə yaxın tələbənin rəyi, onların təhsil prosesinə nə qədər dərindən cəlb olunması səviyyəsi öyrənilib. Tələbələr müəllim heyəti, tələbə mühiti, təhsil siyasəti və s. barədə danışıblar. Tədqiqat gedişində bütün ölkə üzrə 2000 ali məktəb təhlil olunub.

Builki reytinqə ABŞ-ın Harvard Universiteti liderlik edir. Ötənilki sıralamada birinci olan Stenford Universiteti bu dəfə 3-cü sırada yer alıb. Tamamilə tələbələrin rəylərinə istinadən tərtib olunmuş reytinqin nəticələri dünya universitetlərinin qlobal miqyasda elmi nailiyyətlərini əsas götürən digər reytinqlərdən (QS, Times) fərqlidir. Reytinq ümummilli məktəb testlərinin nəticələri, bir tələbəyə çəkilən xərclər, ali məktəbin yerləşdiyi yer, yaşayış, istirahət və idmanla məşğul olmaq üçün şəraitin olması, müəllim-tələbə nisbəti və digər faktorlar nəzərə alınmaqla tərtib olunub. Daha ətraflı www.timeshighereducation.com/rankings/united-states/2018  səhifəsindən tanış olmaq olar.


ABŞ universitetlərinin qiymətləndirilməsi

yuxarı ⤴