1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Heydər Əliyev adına liseydə “açıq qapı” günləri
09.11.2017 / No43

 

 

 


Valideynlər üçün tədris prosesini müşahidə etmək imkanı yaradılır

Niyazi RƏHİMOV

Noyabrın 6-dan başlayaraq Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə “açıq qapı” günləri keçirilir. Liseyin direktoru Sevinc Orucova bizimlə söhbətində bildirib ki, “açıq qapı” günlərinin keçirilməsində əsas məqsəd valideynlər üçün tədris prosesini müşahidə etmək imkanı yaratmaqdan ibarətdir. Həftənin sonuna qədər davam edəcək “açıq qapı” günlərində valideynlər övladlarının dərslərində iştirak edir, pedaqoji mühitlə yaxından tanış olur.

Bundan başqa, valideynlər həmçinin qiymətləndirmə prosesinin də canlı şahidi olurlar. Direktor onu da qeyd edib ki, “açıq qapı” günlərinin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

“Açıq qapı” günlərində valideynlərlə apardığımız söhbətlərdən də məlum oldu ki, bu kimi tədbirlər tədrisin keyfiyyətinə müsbət təsir edir. Valideynlər bildirdilər ki, sərbəst şəkildə dərslərdə iştirak edirlər. Onlar belə günlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.

 

yuxarı ⤴