1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Qrant layihəsi çərçivəsində məktəb psixoloqları üçün seminar
09.11.2017 / No43

 
 

 

 


“Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib.

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil edilmiş seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Seminarda paytaxtın bir sıra ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər. Fərdi və qrup şəklində keçirilən seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə ilk olaraq, psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun – psixoloqun fəaliyyət planı, psixoloqun qeydiyyat jurnalı, şagirdlərin fərdi kartlarının (xəritəsinin) hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, I sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.

Sonda xarici ekspert tərəfindən psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analizetmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.

Qeyd edək ki, “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində həyata keçirilir.

 

yuxarı ⤴