1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Leyla Əliyeva tərəfindən gənc futbolçulara dəstək
09.11.2017 / No43

 

 

 


IDEA ilə “Cavan” Gənclər Hərəkatı arasında birgə layihələrin reallaşdırılması nəzərdə tutulur

Noyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən Dalğa Arena stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmançılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.

Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.

IDEA İctimai Birliyi yarandığı tarixdən gənc nəslin sağlam və məsuliyyətli inkişafı məsələləri təşkilatın həyata keçirdiyi layihələrin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üzrə IDEA ilə yeni yaradılmış “Cavan” Gənclər Hərəkatı arasında əməkdaşlıq edilməsi, birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.

 

yuxarı ⤴