1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Stolüstü tennis üzrə yeniyetmələrin XII Respublika Oyunları başa çatıb
09.11.2017 / No43

 
 

 

 


Oğuzda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkil etdiyi stolüstü tennis üzrə yeniyetmələrin 12-ci Respublika Oyunlarının final mərhələsi keçirilib. ASTF-dan AZƏRTAC-a bildirilib ki, qızlar arasında yarışda birinci yerin qalibi “Sumqayıt 1” komandası olub. İkinci yerdə 1 nömrəli Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri, üçüncü pillədə “Şəki” komandası qərarlaşıblar.

Oğlanların mübarizəsində isə birinci yeri 13 nömrəli İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təmsilçiləri tutublar. “Sumqayıt 1” komandası ikinci, “Şəki” kollektivi üçüncü olublar.

 

yuxarı ⤴