1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Azərbaycan gimnastı 4 qızıl və 1 gümüş medal qazanıb
09.11.2017 / No43

 
 

 

 


Belçikanın Gent şəhərində keçirilən bədii gimnastika üzrə “Happy Cup” beynəlxalq turnirində yığma komandamız hesabına 5 medal yazdırıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışı ilə fərqlənərək ilk qızılını məhz ən çətin proqramda - çoxnövçülükdə əldə edib. Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini qürurla səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.
 

yuxarı ⤴