1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Rəsmi xronika
12.11.2016/№44

 

 

 


* Noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.

* Noyabrın 7-də Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 7-də “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

* Noyabrın 7-də Prezident İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların, fərdi təqaüdün verilməsi, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, ordenlər və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Noyabrın 7-də dövlət başçısı İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

yuxarı ⤴