1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Təhsil naziri Türkiyənin milli təhsil nazirinin müavinini qəbul edib
12.11.2016/№44

 

 

 


Noyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Demircinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə əmək bazarının tələblərinə uyğun, rəqabət qabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin əhəmiyyəti vurğulanıb.
Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
Eyni zamanda görüşdə peşə təhsili sahəsində qarşılıqlı şəkildə təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
 

yuxarı ⤴