1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
Tədris oyunları təfəkkürün fəaliyyətini sürətləndirir
12.11.2016/№44

 

 

 


Təcrübə göstərir ki, müəllimin şagirdləri maraqlandıran metod və üsullardan səmərəli istifadə etməsi təlimdə yüksək nəticələr əldə olunmasında böyük rol oynayır. Münbit təlim şəraiti yaratmaqla şagirdin potensial imkanlarını ortaya çıxarmaq, bilik, bacarıq və marağını formalaşdırmaq mümkündür. Tədris mühitinin psixoloji cəhətdən emosional olması, müəllim-şagird münasibətlərinin yeni təlim strategiyalarının tələblərinə cavab verməsi də təlimin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. Tədris mühitinin emosionallığının yüksəldilməsində isə tədris oyunlarının faydası daha çoxdur. Bu oyunların tətbiqi şagirdin marağına səbəb olmaqla yanaşı, bir sıra üstünlüklərə də malikdir. Aşağıdakıları bunlara aid etmək olar:
1. Şagirdin qazandığı bilik möhkəmlənir.
2. Şagirdin oyunda iştirak etmək marağı proqram materiallarını öyrənməyə sövq edir.
3. Şagirdin əhvali-ruhiyyəsi yüksəlir.
4. Vaxtdan səmərəli istifadə etmək bacarığı formalaşır.
5. Şagirdlər arasında rəqabət yaranır.
6. Yaradıcılıq qabiliyyəti formalaşır və s.
Bütün fənlərdə olduğu kimi riyaziyyatda da şagirdin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün imkanlar vardır. Bunun üçün müəllim birinci növbədə şagirddə fənninə maraq oyatmalıdır. Riyaziyyat fənnini sevmək, duymaq, başa düşmək lazımdır. Bu işdə müəllimin üzərinə böyük məsuliyyət düşür.
Riyaziyyat fənnini necə maraqlı etmək olar? Bu iş müəllimin pedaqoji ustalığından, fənnini və şagirdləri nə dərəcədə sevməsindən çox asılıdır. Şagirdin dərsə marağı onun müstəqilliyindən, yaranan problemli vəziyyətlərin həllinə qoşulmasından, dərsin emosionallığından yaranır.
Müəllim dərsə hazırlaşarkən əyləncə elementlərindən dərsin hansı yerində, nə məqsədlə istifadə etməyi planlaşdırmalıdır. Bəzən keçilən mövzu ilə bilavasitə bağlı olmayan elementlərdən də istifadə oluna bilər. Məsələn, əgər, dərsdə çoxlu sayda eynitipli çalışmalar həll etmək lazım gələrsə, şagirdlərin dərsə marağının azaldığını hiss edən müəllim bu və ya digər əyləncəli elementlərdən istifadə edə bilər. Müxtəlif məntiqli məsələlər, qədim məsələlər, didaktik oyunlar və s. belə elementlərdir.
Riyaziyyat fənnində dərsləri elə qurmaq lazımdır ki, şagird hər dərsdə özü yeni bir şey öyrənsin. Ancaq belə olan halda şagirdlərdə fənnə maraq yaranır və onlar dərslərini daha həvəslə öyrənirlər.

Fəridə QARAYEVA,
Bakı şəhərindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

yuxarı ⤴