1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Riyaziyyatdan dərs nümunəsi
12.11.2016/№44

Şəkil1

 

Şəkil2

 

Şəkil3

 

 


Səməngül MURADOVA,
Bakı şəhəri E. Məmmədov adına 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Fənn: Riyaziyyat
Sinif: III
Mövzu: Tənlik qurmaqla məsələ həlli.
Standart:
2.2.2 “Məchul, tənlik, tənliyin həlli” anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.2.3 Sadə tənlikləri seçmə üsulu ilə həll edir.
Şagirdin əldə edəcəyi bacarıqları: (məqsəd)
- tənliyin məchulu olan bərabərlik olduğunu başa düşür;
- məsələnin şərtində tənliyin sağ və sol tərəflərini ifadə edən fikirləri ayırır;
- ifadələrə uyğun tənliyi yazır və həll edir;
- tənliyin həllini yoxlayır;
İş üsulları: beyin həmləsi, karusel, müqayisə, müzakirə, anlayışın çıxarılması
İş formaları: cütlərlə iş, kiçik qruplarla iş
İnteqrasiya: Azərbaycan dili, həyat bilgisi, musiqi, texnologiya
Resurslar: dərslik, iş vərəqləri, kompüter, şəkillər, prometan lövhə
1. Motivasiya: Prometan lövhədə şəkillər verib, həmin şəkillərin yanında bir boş məchul xana göstərirəm. Bu şəkillərin cəmini topladıqda həşəratlar alınar. Həşəratlar haqqında biliklər təkrar olunur. Şagirdlərdən həmin həşəratlar arasından ən güclüsünü seçib boş xanaya yerləşdirmələrini tələb edirəm. Şagirdlər boş xanaya qarışqa şəklini qoyurlar.(Şəkil1)

Sonra həmin həşəratlara say qoymaq lazım gəldiyini bildirirəm. Amma qarışqanı əvvəlcədən bilmədiyimiz üçün necə işarə edə biləcəyimizi soruşuram. Belə bir sual verirəm: -Burada nə alınır? (Şəkil2)

Şagirdlərin fərziyyələrini dinləyərək mövzunun adını bildirirəm.
2. Tədqiqat sualı
Mövzudan çıxış edərək belə bir tədqiqat sualı ilə sinfə müraciət edirəm:
- Bərabərliyin mahiyyətini necə araşdırardıq ?
3. Tədqiqatın aparılması
Tədqiqat sualı əsasında şagirdləri cütlərə ayırıram. Cütlərlə iş belə qurulur. 24 şagirdi 12 cütə ayırıb, hər 3 cütə eyni tapşırıqlar verirəm. Amma bunları şagirdlərin özləri bilmir. Cütlərə müəyyən vaxt ərzində tapşırıqlarını yerinə yetirməyi tapşırıram.
Cütlərə verilən tapşırıqlar:
1) Siz “=” işarəsindən nə vaxt istifadə edirsiniz?
2) Məsələni tənlik qurmaqla həll edin: Səbətdə bir neçə göbələk var idi. Səbətə 23 göbələk qoyandan sonra 52 göbələk oldu. Əvvəlcə səbətdə neçə göbələk var idi?
3) Test: x=136 hansı tənliyin həllidir?
a) x+63=201+19; b) 205-x=11+33; c) x-11=101+24
1) 0+15=54. Boş xana nəyi bildirir?
2) Məsələni tənlik qurmaqla həll edin: 8 ağacdan bərabər olmaqla 136 kq alma yığıldı. Hər ağacdan neçə kq alma yığıldı?
3) Test: Fikrimdə tutduğum ədəddən 15 çıxsaq ən böyük ikirəqəmli ədəd alınar. Bu ədəd hansıdır?
a) 116; b)115; c)114
1) Məsələni tənliklə necə qurmalıyıq?
2) Məsələni tənlik qurmaqla həll edin: Bidonda 35 l süd vardı. Bidondan bir neçə litr süd götürdükdən sonra 21 l süd qaldı. Bidondan neçə litr süd götürdülər?
3) Test: Hansı ədədi 3 dəfə artırdıqda rəqəmləri cəmi 3 olan ən kiçik üçrəqəmli ədəd alınar?
a) x.3=201; b) x.3=111; c) x.3=102
4. Məlumat mübadiləsi və müzakirəsi:
Bildirirəm ki, hər 3 cütün işçi vərəqinin arxasında eyni rəngli işarələr qoyulub. Eyni rəngli işarəsi olan cütlərdən biri lövhəyə gəlməlidir. 3 cütdən kiçik bir qrup yaranır və qrupun hər bir üzvü yalnız bir sualı cavablandıra bilər. Əgər o biri cütlərin bu cavablara əlavəsi olarsa, öz fikirlərini bildirə bilərlər. Fikirlər müzakirə olunur, fikir mübadiləsi aparılır, şagirdlər hazırladıqları işləri təqdim edirlər, cütlər öz işlərini digər cütlərlə müzakirə edirlər.
Dərslik üzərində iş aparılır.
5. Nəticə və ümumiləşdirmə:
Şagirdlərin gəldikləri nəticələri ümumiləşdirərək bərabərliyin böyük əhəmiyyət kəsb etdiyi müəyyənləşdirilir. Tənliyin həlli zamanı sağ və sol tərəflərinin bir-birinə bərabər olması tənliyin həllinin doğruluğunu göstərir.
6. Yaradıcı tətbiqetmə:
Yaradıcı tətbiqetmədə uşaqlara belə bir oyun təklif edirəm. Bu oyunun adının “Məchulu tapın” olduğunu söyləyirəm. Şagirdlər verilən sualların əsasında məchulları tapırlar. Sonra mən lövhəyə ağac şəkli yapışdırıram, ağacın bar verməsi üçün hazır rəngli kağızdan kəsilmiş alma şəkli paylayıb deyirəm ki, hər dəfə bu suala cavab tapdıqca almanın üzərinə yazıb ağaca yapışdırsınlar. Alma ağacımızda iki dahi liderin adı və onlar haqqında məlumat verilirsə, onda bu ağaca ad qoymağı istəyirəm. Mənim köməyimlə ağacın adı “Fəxr ağacı” adlandırılır. (Şəkil3)
7. Qiymətləndirmə:
Mən əvvəlcədən dörd səviyyədə hazırladığım qiymət meyarlarını hər dəfə cütlər cavab verdikcə gündəliklərinə yapışdırıram. Axırda slaydda verilmiş səviyyələrə uyğun olaraq şagirdlərin hər birinə dərsdə necə iştirak etməsi barədə məlumat verirəm. Hər kəs gündəliyinə baxaraq qiymətini məlum edir.
4-cü səviyyə: Tənliyin məchulu olan bərabərlik olduğunu başa düşür; məsələnin şərtində tənliyin sağ və sol tərəflərini ifadə edən fikirləri ayırır; sadə tənlikləri həll edir və həllini yoxlayır.
3-cü səviyyə: Tənliyin məchulu olan bərabərlik olduğunu başa düşür; məsələnin şərtinə uyğun tənlik qurur; tənlikləri həll edir.
2-ci səviyyə: İfadələrə uyğun tənlik qurur, həll edir və yoxlayır.
1-ci səviyyə: Tənliyi yazır və həll edir.
Ev tapşırığı:
İş dəftəri, səhifə 121, № 1, 4 , 5
 

yuxarı ⤴