1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
İngilis dilindən dərs nümunəsi
12.11.2016/№44

 

 

 


Müasir təlimin əsas strategiyası şagirdlərin müstəqil fəaliyyəti, özünütəhsil, praktik və eksperimental mühitin yaradılmasına hədəflənib. Fəallığı, əməkdaşlığı, tədqiqatçılığı ön plana çəkir. Fəal-interaktiv dərslər məzmun və quruluşuna görə də xeyli fərqlidir. İnnovasiyaların geniş vüsət aldığı bir dövrdə yeni biliklərin əldə edilməsi üçün zəruriliyi, məlumat bazasının yaradılması, özünümaarifləndirmə və bu kimi amillər təhsilin keyfiyyətini artırır.
Müasir zamanda İKT-dən istifadə təhsildə yeni metodların tətbiqi zəruriliyini meydana çıxarır. Müəllim daim yenilikləri öyrənməklə yanaşı, həm də öyrətməlidir. Bu gün hər bir müəllim üzərinə düşən məculiyyəti dərk etməli və təhsil sahəsindəki yenilikləri qəbul edərək dərslərini fəal təlim şəraitində qurmalı, müxtəlif forma və üsullardan səmərəli şəkildə istifadə etməlidir. Yalnız bu halda müsbət nəticə əldə etmək olar. Mən də bu amilləri nəzərə alaraq dərslərimi şagirdlərin dünyagörüşünü artıran, maraq dairələrini genişləndirən fəal-interaktiv metodlarla qururam. Bu dərslər məzmun və quruluşuna görə də xeyli fərqlidir. Belə dərslərin təşkili müəllimdən ciddi metodik hazırlıq və böyük əmək tələb edir.
Mən bunları nəzərə alır və cəhd edirəm ki, fənnin tədrisində tətbiq edilən təlim metodları müxtəlif olmaqla yanaşı, həm də mövzuya uyğun olsun. Çünki fəal təlim əsasında qurulan dərsdə bir metodla kifayətlənmək olmaz. Bir neçə təlim metodu qarşılıqlı əlaqədə tətbiq olunur. Təlim metodunun seçilməsində mövzunun xarakteri ilə yanaşı, dərsin qarşısına qoyulan məqsəd, sinfin səviyyəsi də nəzərə alınmalıdır.
Tədris etdiyim bu dərs nümunəsinə nəzər salaq.
İngilis dili
V sinif
Mövzu: “Animals”
Standart: 1.1.2; 2.1.14 3.1.1; 4.1.2.
Məqsəd: Dərsin sonunda şagird:
-“Animals” mətni ilə bağlı sadə suallara cavab verir.
- Mətndəki söz və ifadələrdən düzgün istifadə edir.
-“Animals” mövzusunda dialoqda iştirak edir.
-Mövzuya aid öyrəndiklərini düzgün yazır.
Resurslar: dərslik, şəkillər, videolar, slaydlar, proyektor.
Dərsin gedişi:
İngilis dilində salamlaşmadan sonra dərs öncəsi “Power Point” proqramında “Animals” mövzusunda hazırladığım təbiətə, heyvanlara aid şəkilləri və videoları nümayiş etdirir və bütün sinfə sualla müraciət edirəm:
- Uşaqlar, bu gördükləriniz haqqında nə deyə bilərsiniz?
Şagirdlərdən “animals” sözünü aldıqdan sonra mövzuya uyğun suallar təqdim edirəm. Məsələn:
- Heyvanların hansı növlərini tanıyırsınız? (What kinds of animals do you know?)
Şagirdlər cavab verir: Domestic and wild.
- Onlar harada yaşayırlar? (Where do they live?)
Şagirdlər heyvanların harada yaşadıqlarını söyləyirlər.
- Onlar nə ilə qidalanırlar? (What us their food?)
Şagirdlər verdiyim sualı cavablandırırlar.
Onlara heyvanlar haqqında tapmacalar təqdim edirəm.
Riddles. What animal gives us wool for sweaters and blankets?
Şagirdlər tapmacanın cavabını söylədikdən sonra növbəti tapmacanı təqdim edirəm.
What animal gives us milk, not wool?
Tapmacalardan sonra şagirdlərə ingilis dilində heyvanlar haqqında atalar sözləri təqdim edirəm.
Tapmacalar və atalar sözlərindən sonra hər bir qrupa əvvəlcədən hazırladığım iş vərəqlərini paylayıram.
Match the words with pictures.
Qrup üzvləri tapşırığı oxuyur və cavab yazır. Şagirdlərin cavabları lövhədən asılır və bütün sinif cavabları müzakirə edir.
Mövzu ilə bağlı sözləri təkrar etmək üçün şagirdlərə ekranda verilmiş “Animals” krossvordunu kollektiv şəkildə yerinə yetirməyi tapşırıram. Find the names of animals.
Krossvordu həll etdikdən sonra şagirdlərin cavablarının düzgün olub-olmamasını yoxlayıram.
Şagirdləri hər biri dörd nəfərdən ibarət olan üç qrupa bölürəm. Sonra hər qrupa tapşırıq verirəm:
Qrup işi 1.
1.Choose the synonym of fhe underlined word.
Write these words in your copv-books.
A) books
B) exercise-books
C) day-books
2. Make up a sentence.
1. animals;
2. different;
3. live;
4. the Earth
5. on
A) 2, 1, 3, 5, 4
B) 1, 2, 3, 5, 4
C) 4, 1, 2, 3, 5

Qrup işi 2.
1. Choose the synonym of fhe underlined word.
They retum after classes.
A) go
B) speak
C) come back
2. Make up a sentence.
1. songs;
2. birds;
3. their;
4. sing;
5. in the garden.
A) 2, 4, 3, 1, 5
B) 2, 3, 5, 4, 1
C) 2, 5, 3, 1, 4

Qrup işi 3.
1.Choose the synonym of fhe underlined word.
The table is in the middle of the room.
A) in the centre
B) in the comer
C) at the window
2.Make up a sentence.
1. songs;
2. birds;
3. their;
4. sing;
5. in the garden.
A) 2, 4, 3, 1, 5
B) 2, 3, 5, 4, 1
C) 2, 5, 3, 1, 4
Ümumiləşdirmə və nəticə: Şagirdlər bir-birlərinə heyvanlar haqqında, onların nə ilə qidalandıqları, harada yaşadıqları barədə suallar verir, cavab alırlar.
Yaradıcı tətbiqetmə: “My favourite animal” mövzusunda esse yazmaq.
Qiymətləndirmə: Qiymətləndirməni bu meyarlar əsasında aparıram:
- şagirdlər suallara cavab verir;
- heyvanlar haqqında xırda dialoqlar qurur;
- yeni sözlərdən istifadə edə bilir;
- mövzu ilə bağlı tapşırıqları yerinə yetirir.
Dərsin sonunda “Animals” haqqında mahnı səsləndirirəm.

Yeganə ŞİRİNOVA,
Bakı şəhər 284 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

yuxarı ⤴