1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Fizikadan dərs nümunəsi
17.11.2017 / No44

Şəkil 1.

 

Şəkil 2.

 

Şəkil 3.

 

Şəkil 4.

 

Şəkil 5.

 
 
 

 

 


Yeni təlim texnologiyalardan istifadə edirəm

Almas DADAŞOVA,
Salyan rayonu, A.Əliyev adına Aşağı Kürkənd tam orta məktəbinin fizika müəllimi

Yüksək nəticələr əldə etməyin optimal yollarından biri də yeni təlim texnologiyalarını (interaktiv təlim metodlarını) dərindən mənimsəmək, dərs prosesində bu metodlardan və İKT-dən, internet resurslarından istifadə etməkdir. Bunu nəzərə alaraq, dərslərimi günün tələbləri səviyyəsində qurmağa, yeni təlim texnologiyalarından, resurslardan istifadə etməyə çalışıram. Bu qayda ilə keçdiyim dərslərdən birini həmkarlarımla paylaşmaq istəyirəm.

Sinif: VI

Fənn: Fizika

Mövzu: Diffuziya

Standartlar: 2.1.1.Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.

2.1.4.Maddələrin quruluşuna (aqreqat hallarına) dair məsələləri həll edir.

2.2.1.Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.

3.1.2.Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.

Məqsəd: 1.Maddə molekulları arasında qarşılıqlı təsirləri şərh edir.

2.Bərk cisim, maye və qazların fərqli xassələrə malik olmalarının səbəbini molekulyar quruluşu əsasında izah edir.

3.Mövzuya aid keyfiyyət xarakterli məsələləri həll edir.

İnteqrasiya: İnformatika 2.1.2, həyat bilgisi 1.1.1, riyaziyyat 4.1.1, kimya 1.2.1.

İş forması: Qruplarla iş, fərdi iş

İş üsulları: Müsahibə, müzakirə

Resurslar: Dərslik, qruplar üzrə iş vərəqələri, proyektor, kompüter, təcrübə üçün müxtəlif avadanlıqlar, internet resursları, slaydlar.

Keçmişə nəzər

Qədim yunan alimi Demokrit ilk dəfə olaraq aşağıdakı fərziyyələri söyləmişdir:

1. Bütün cisimlər atomlardan təşkil olunmuşdur.

2. Cismi təşkil edən hissəciklər arasıkəsilməz hərəkətdədirlər.

3. Həmin hərəkətin təzahür formalarından biri diffuziyadır.

- Molekullar atomlardan ibarətdir.

- Eyni bir maddənin molekulları eynidir.

- Müxtəlif maddələrin molekulları müxtəlifdir.




Maddənin aqreqat halları

Kainatda bütün maddələr 4 halda mövcuddur.
 
BƏRK. Bərk maddəni təşkil edən molekullar müəyyən nizamlı düzülüşə malikdir. Həcm və formalarını saxlayır.

MAYE. Mayeni təşkil edən molekulların nizamlı düzülüşü yoxdur, onlar asanlıqla yerlərini sərbəst dəyişə bilir. Mayelər formalarını dəyişə bilir, lakin həcmləri dəyişmir.

QAZ. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Qaz molekulları havada fasiləsiz sərbəst hərəkət edir və hər yerə yayılır.

PLAZMA. Plazma ionlaşmış maddədir. Günəş və parıldayan ulduzlar belə maddələrdəndir.

Təkliflərdən hansı doğrudur:

1. Qızdırıldıqda maddənin molekullarının ölçüləri artır.

2. Qızdırıldıqda maddənin molekulları arasındakı məsafə artır.

Motivasiya:

Şagirdlərin diqqəti ekranda əks olunan aşağıdakı şəkillərə yönəldilir.

Şəkil 1. 100 ml suyun üzərinə 100 ml spirt əlavə edilir. Qarışığın menzurkada göstəricisi 190 ml olur.

Şəkil 2. İçərisində qaynar su olan stəkana çay paketi salınır. Suyun rəngi qırmızıya doğru dəyişir.

Şəkil 3. Ətrin ağzını açdıqda qoxusu ətrafa yayılır.

Şəkil 4. İçərisində su olan qaba göydaş məhlulu əlavə etdikdə bir müddətdən sonra məhlulla su arasındakı sərhəd yox olur.

Şəkil 5. 4 ildən sonra qızıl və gümüş külçələri bir-birindən ayırmaq mümkün olmamışdır.

Şəkillər təqdim edildikdən sonra təzə mövzuya keçid almaq üçün aşağıdakı tədqiqat sualını verirəm.

Tədqiqat sualı: Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir?

Maddələrin müxtəlif xassələrinin təzahürü onların molekulyar quruluşundan necə asılıdır?

Şagirdlər şəkillərlə tanış olur və təfəkkürlərinin süzgəcindən keçirirlər. Münasib cavablar alındıqdan sonra onlara mövzunu təqdim edirəm.

Tədqiqatın aparılması üçün şagirdlərə suallar verilir və bütün dərs prosesində onlar bu suallara cavab tapmağa yönəldilir.

1) 100 ml spirti 100 ml suyun üzərinə əlavə etdikdə alınan mayenin yekun həcmi 200 ml olacağı halda 190 ml-dir. Çatışmayan 10 ml hara yox olub?

2) Stəkandakı qaynar suya içərisində çay olan paketi əlavə etdikdə hansı hadisəni müşahidə edəcəksiniz?

3) Ətir olan qabın qapağını açdıqda ətrin qoxusu otağın hər tərəfinə yayılır. Bu necə olur?

Tədqiqat prosesində köməkçi xarakter daşıyan sual -tapşırıqlardan istifadə edirəm. Lövhədə şaxələndirmə diaqramını təqdim edərək aşağıdakı köməkçi sual-tapşırıqla sinfə müraciət edirəm:

“Maddə xəritəsi”ndə (şaxələndirmə cədvəli) boş yerlərə açar sözlərdən uyğun olanı yazın.

Açar sözlər: neytron, bərk cisim, atom, proton, atom nüvəsi, maye




Şagirdlərə atom və molekullar haqqında bilikləri bir daha xatırlatdıqdan sonra izahat verirəm ki, yuxarıda göstərilən hadisələrə səbəb:

1. Atomlar (molekullar) arasında olan boşluqlar və

2. Atom və molekulların nizamsız (xaotik ) hərəkətdə olmasıdır.

Bunun nəticəsində müxtəlif maddələr müxtəlif vasitələrlə bir-biri ilə qarışdıqda həmin maddələrin atomları (molekulları) bu boşluqlarla istənilən yerə hərəkət edə bilirlər. Fizikada bu hadisə diffuziya adlanır.

Diffuziya - bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsidir.

“Diffuziya” - (diffuzio) latın sözü olub yayılma, səpələnmə deməkdir.

Diffuziyanın sürəti: a) maddənin aqreqat halından, b) temperaturdan asılıdır.

Diffuziyanın sürəti temperaturdan asılıdır. Temperatur artdıqda diffuziyanın sürəti artır. Bu onunla izah olunur ki, temperatur artdıqda molekulların hərəkət sürəti artır. Diffuziya daha tez baş verir. Məsələn, qənd parçası isti suda soyuq suya nisbətən daha tez həll olur.

Diffuziyanın insan həyatında əhəmiyyəti

Tənəffüs zamanı oksigenin ətraf mühitdən ağciyərlərə, oradan toxumalara, qida maddələrinin bağırsaqdan qana keçməsi diffuziya nəticəsində baş verir.

Diffuziya və insanı təhlükəsizliyi

Qidaları bişirmək üçün məişətdə işlətdiyimiz təbii yanar qazın iyi və rəngi yoxdur. İnsanların olduğu qapalı yerlərdə qaz sızmasını hiss etmək üçün təbii qaza əlavə olaraq kəskin qoxusu olan maddə vurulur. Diffuziya nəticəsində bu maddə qaza qarışır və qazın iyi hiss edilir. Beləliklə, baş verə biləcək təhlükə sovuşur.

Diffuziya məişətdə

Tərəvəzlərin duza qoyulması, mürəbbələrin bişirilməsi diffuziya hadisəsinə əsaslanır. Diffuziya nəticəsində limon çayın rəngini dəyişir.

Diffuziya texnikada

Diffuziya hadisəsi əsasında diffuziya qaynağı quraşdırılmışdır ki, orada metallar, qeyri-metallar, plastik maddələr bir-biri ilə qaynaq edilir. Qaynaq ediləcək hissələr qapalı qaynaq kamerasında yerləşdirilir, güclü vakuum şəraitində 800 dərəcəyədək qızdırılır. Nəticədə toxunan səthlərdə atomların intensiv şəkildə diffuziyası baş verir.

Yaradıcı tətbiqetmə

İş vərəqi №1 (test)

1. Diffuziyanı hansı anlayışlar qrupuna aid etmək olar?

A) fiziki kəmiyyət. B) ölçü vahidi. C) fiziki hadisə.

2. Diffuziyanın yaranmasına səbəb nədir?

A) molekulların hərəkəti. B) ağırlıq qüvvəsinin molekula təsiri. C) molekulun ölçüləri.

İş vərəqi №2 (test)

1. Maddənin hansı aqreqat halında diffuziya axını sürətli olar?

A) Qaz halında. B) Bərk halında. C) Maye halında.

2. Mayelərdə diffuziya hadisəsi olan variantı göstərin:

A) Spirt suda həll olur. B) Ətirin qoxusu otağa yayılır. C) Naftalinin qoxusu havada yayılır.

İş vərəqi №3 (test)

1. Temperaturun artması ilə diffuziyanın sürətinin artmasına səbəb nədir?

A) Molekulun hərəkət sürətinin artması.

B) Molekulların xaotik hərəkətinin artması.

C) Molekullar arasında məsafənin artması.

Diffuziyanın zərərləri:

*Okean və dənizlərə axıdılan milyon tonlarla neft tullantıları orada olan canlılara öldürücü təsir göstərir.

*Atmosferə buraxılan zəhərli qazlar ekologiyanı çirkləndirir.

Qiymətləndirmə:

Dərsin sonunda müvafiq cədvəl üzrə qiymətləndirmə aparılır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴