1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Bakı məktəbliləri Avropa çempionatının qızılını qazanıb
17.11.2017 / No44

 
 

 

 


Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb. Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli də Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib.

Qaliblərə medal və diplomlar təqdim olunub.

Çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb.

yuxarı ⤴