1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
17.11.2017 / No44

 
 

 

 


Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə noyabrın 10-da yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildirilib ki, birincilikdə 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı 108 tennisçi mübarizə aparıb.

Yarışın sonunda ASTF-nin vitse-prezidenti Fazil Məmmədov qalib gələn idmançıları təbrik edib.

Şəxsi kateqoriyada qızlar arasında keçirilən turnirin qalibi Arzu Aslanova olub. Mehriban Dadaşova ikinci, Nigar Mahmudova və Mərziyə Nurmətova üçüncü yerə layiq görülüblər.

Oğlanların yarışında Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xaliq Becanov gümüş, Hüseyn Eylazov və Hacımurad Məmmədbəyov bürünc medal qazanıblar. Qaliblərə və onların məşqçilərinə Federasiyanın diplomları, pul mükafatları və hədiyyələr təqdim olunub.
 

yuxarı ⤴