1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Rəsmi xronika
19.11.2016/№45

 

 

 


* Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 18-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisi, “Gəncə” tankeri və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimində iştirak edib.

* Noyabrın 17-də ölkə başçısı İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində iştirak edib. Ölkə başçısı İlham Əliyev mərasimdə nitq söyləyib.

* Noyabrın 16-da dövlət başçısı İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 15-də Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rumen Radevə və Moldova Respublikasının yeni seçilmiş Prezidenti İqor Dodona təbrik məktubları ünvanlayıb.

* Noyabrın 15-də Prezident İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli və Beyləqan rayonlarında səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub, hər iki rayonda bir sıra sosial və iqtisadi yönümlü obyektlərin açılışlarında iştirak edib, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və məcburi köçkünlərlə görüşlərində çıxış edib.
 

yuxarı ⤴