1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Orduya tələbələr gedir
24.11.2017 / No45

 

 

 


Təhsil Ermənistan üçün əhəmiyyət daşımır

Oruc MUSTAFAYEV

Ermənistanda tələbə etirazlarının geniş miqyas alması bu ölkənin uçurumda olduğunu göstərməklə yanaşı, siyasi isteblişmentin uzun onilliklərdir davam edən siyasi fərasətsizliyini də dünyaya əyani olaraq göstərdi. Nələr baş verdi(rir)? Erməni gəncliyi öz dövlətinə etiraz edir. Tələbələr "Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə" qanuna qarşı çıxırlar. Bu etirazın hərəkətverici qüvvəsi əsasən tələbələr olsa da, mövcud siyasi rejimdən əziyyət çəkən bütün cəmiyyət üzvlərinin də iradəsi ortadadır. Hədəf isə işğalçı ölkənin Müdafiə Nazirliyidir. Tələbələr, xüsusən də İrəvan Dövlət Universitetinin tələbələri Müdafiə Nazirliyi tərəfindən parlamentə təklif edilən qanuna etirazlarını aksiyaya çeviriblər. Bu qanun ölkə tələbələrinə təhsillərini davam etdirmək üçün möhlət hüququnun ləğvini nəzərdə tutur. Yeni qanuna əsasən, təhsilini davam etdirmək üçün yalnız Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət veriləcək. Ermənistan hökuməti tərəfindən parlamentin müdafiə və təhlükəsizlik komissiyasının müzakirəsinə təqdim edilən qanun layihəsinə görə, hərbi xidmət keçmək üçün sağlamlıq problemləri olmayan 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar orta məktəbi bitirdikdən sonra ikiillik məcburi hərbi xidmətə çağırılmalıdır. Möhlət alan şəxs, seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməli və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində) qulluq etməlidir.

Aksiyaçılar hesab edirlər ki, bu addım yanlışdır. Çünki ordudan tərxis olunduqdan sonra təhsillərini davam etdirənlərin sayı çox azdır. Etiraz edən tələbə kütləsi ölkənin Elm və Təhsil Nazirliyinə yürüş edərək qurumun rəhbərliyi ilə görüş tələb edib. Etiraz aksiyasının iştirakçıları hesab edirlər ki, Müdafiə Nazirliyinin bu təşəbbüsü ölkədə bütün ali təhsil sisteminə, eləcə də ölkənin elmi potensialına böyük zərər vura bilər. Digər tərəfdən, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir.

Orduya əsgər tapılmır...

Artıq bir müddətdir ki, Ermənistan əsgər çatışmazlığı problemi yaşayır. Hətta vəziyyət o həddə çatıb ki, ölkənin müdafiəsini təmin edə biləcək ordunu belə lazımi qaydada komplektləşdirmək mümkün deyil. Sarkisyan hakimiyyəti orduda xidmət müqabilində gənclərə pul mükafatı vəd etsə də, vəziyyəti dəyişmək mümkün deyil. Nəticədə ölkə rəhbərliyi tələbələrin ordudan möhlət hüququnu ləğv etməyə qərar verib ki, bu da Ermənistanda kütləvi narazılıq yaradıb.

Hazırda aksiyaların yekunu olaraq qanunun müzakirəsi üçün işçi qrupun yaradılması barədə razılığa gəlinib. Bununla belə, yaxın günlərdə tələbələrin konkret tələblərlə çıxış edəcəyi gözlənilir. Müşahidəçilər hesab edir ki, proseslərin bütün ölkə ərazisində irimiqyaslı aksiyalara çevrilmək təhlükəsi var. Hakimiyyət üçün ən təhlükəli ssenari isə gənclərin möhlət hüququnun ləğvi ilə bağlı tələblərini daha da genişləndirmək səyləri ilə bağlıdır. Erməni gənclərin hərbi xidmətdən boyun qaçırmaq istəyi mövcud rejimi ciddi problemlərlə üz-üzə qoya bilər. Belə bir qanunun qəbul edilməsi ölkəni tərk etmək meylinə düşənlərin sayını daha da artıra bilər.

Gələcəyi olmayan yedək ölkə...

Ermənistan hakimiyyətinin öz xalqına zidd siyasəti, yedək ölkənin sivil dünyanın birgə yaşayış normalarından kənarda qalması, öz ambisiyalarının nəticəsidir ki, gənclər kütləvi surətdə ölkəni tərk edir. İrimiqyaslı regional və qlobal layihələrdən kənarda qalan Ermənistanın gələcəyi qaranlıqdır. Ölkənin gələcəyini təmin edəcək gənclərin xaricə kütləvi qaçışının yaxın perspektivdə sürətlənəcəyi qaçılmazdır. Orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi, hakim dairələrin nəyin bahasına olursa-olsun gənclərin axınının qarşısını almaq səyləri isə ölkədə korrupsiyanın dərinləşməsi ilə müşayiət olunmaqdadır. Erməni ailələrinin öz övladlarını korrupsiya, intihar hallarının baş alıb getdiyi orduda xidmətdən yayındırmaq cəhdləri də Ermənistanın hakim rejiminin çöküşünü sürətləndirəcək faktorlar arasındadır. Bunlar Ermənistan cəmiyyətində yaşanan müharibə xofunun təzahürləri kimi qiymətləndirilir.

Təhsili prioritet seçən Azərbaycan

Bir sıra regional və qlobal layihələrin fəal təşəbbüskarı və təşkilatçısı kimi çıxış edən Azərbaycan isə bölgənin ən qüdrətli dövləti olaraq siyasi, iqtisadi sahələrdə, təhsildə, ordu quruculuğunda davamlı inkişaf vektorunu inamla həyata keçirməkdədir. Dinamik inkişaf, sabitlik, güclü ordu, vətənpərvər gənclik bugünkü Azərbaycanın əldə etdiyi bütün uğurların əsasını təşkil edir. Ölkə rəhbərliyinin islahatlar kursu özünü cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhsildə də göstərməkdədir. Prezident İlham Əliyevin 2016-cı il 21 iyun tarixli sərəncamı ilə magistrantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ölkəmizdə təhsilin fasiləsizliyinin təmin olunması, gənclərin elmi fəaliyyətə cəlbinin stimullaşdırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bunun artıq ilkin müsbət nəticələri də var. 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib, başqa sözlə, 74 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda peşə təhsili alanlara da növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu, “Peşə təhsili haqqında” qanun layihəsində də öz əksini tapıb.

Bütün bunlar Ermənistandan fərqli olaraq ölkəmizdə gənc nəslin təhsilin bütün pillələri üzrə keyfiyyətli təhsil almasına, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsini təmin edir. Azərbaycanda ölkənin gələcək inkişafını təmin edəcək gənclərin yüksək ixtisaslı mütəxəssislər olaraq hazırlanmasına daha çox diqqət ayrılır. Ermənistandan fərqli olaraq Azərbaycanda tələbələrin orduya çağırılmasına ehtiyac yoxdur. Bizdə peşəkar ordu formalaşıb. Milli Ordumuzun yüksək tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Ötən ilin Aprel zəfəri isə gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb. Hər bir Azərbaycan gənci vətənə xidməti özünün müqəddəs borcu bilir.

yuxarı ⤴