1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
24.11.2017 / No45

 

 

 


* Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. Həmin gün dövlət başçısı İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

* Noyabrın 23-də Prezident İlham Əliyev Ağacan Qulam oğlu Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 21-də “Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

* Noyabrın 20-də Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 20-də Bakıda keçirilən Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

* Noyabrın 20-də ölkə başçısı İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və xidmətlərinə görə bir qrup şəxsin ordenlər və medallarla təltif edilməsi, 2 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, 2 nəfərə isə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.

* Dövlət başçısı İlham Əliyev noyabrın 18-də Azərbaycan Respublikasında təhsilin və kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə 2 nəfərə “Əməkdar müəllim”, 2 nəfərə isə “Əməkdar jurnalist” fəxri adlarının verilməsi haqqında sərəncamlar imzalayıb.

* Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 17-də “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 

yuxarı ⤴