1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Rəsmi xronika
26.11.2016/№46

 

 

 


* Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılış mərasimində iştirak edib və sakinlərlə görüşüb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 24-də Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

* Noyabrın 23-də Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

* Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olublar.

* Ölkə başçısı İlham Əliyev noyabrın 22-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçə bu ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Noyabrın 22-də Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 21-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

* Noyabrın 21-də Prezident İlham
Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 18-də Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

yuxarı ⤴