Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan
Respublikasının Təhsil İnstitutu 2017-ci il üçün fəlsəfə və elmlər doktoru
proqramları üzrə doktorant və dissertant hazırlığı üzrə ixtisaslara qəbul
elan edir
26.11.2016/№46
|

Doktorant və dissertant hazırlığı Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 №-li
qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya
qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.
1. Doktoranturaya və dissertanturaya ali təhsili olan (ali təhsil
müəssisələrinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər
tutulan) Azərbaycan Respublikasının vətəndaşları və müqavilə əsasında xarici
ölkə vətəndaşları qəbul edilirlər.
2. Doktoranturaya və dissertanturaya aşağıdakı sənədlər təqdim edilir.
- ərizə (institut direktorunun adına);
- kadrların şəxsi qeydiyyat vərəqəsi (iş yerində imzalanmış və möhürlənmiş);
- tərcümeyi-hal (elektron və çap formada);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplom və diploma əlavələrin (əsli
şəxsən təqdim edilir) notarial qaydada təsdiq edilmiş surəti (xarici
ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları
üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- çap olunmuş elmi işlərin siyahısı (forma 2.4);
- iş stajı olanlar üçün əmək kitabçasının sonuncu iş yerində möhürlənmiş
təsdiqi;
- işləyənlər üçün iş yerindən xasiyyətnamə-təqdimat;
- 3 ədəd fotoşəkil (3x4 ölçüdə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir);
- magistr təhsili olanların dissertasiyasının çap və elektron forması (diskdə).
Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq
istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil
müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları
həcmində imtahanları verirlər.
Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, ən az iki
il ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya
elmi-pedaqoji stajı, fəaliyyəti və nailiyyəti olan, fundamental tədqiqatları
yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi
(alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul
edilirlər. Həmin şəxslərlə müsahibə keçirilir. Fəlsəfə doktoru proqramı üzrə
qəbul olunmaq istəyənlər üçün tələb olunan sənədləri və əlavə olaraq fəlsəfə
doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti,
fəlsəfə doktoru (elmlər namizədi) dissertasiyası və avtoreferatı ilə birgə (yazılı
və elektron formada - diskdə) təqdim edilir.
Doktorant və dissertant hazırlığı üçün sənədlərin qəbulu 2016-cı il noyabr
ayının 28-dən dekabr ayının 9-u saat 17:00-dək aparılır. Sənədlər Azərbaycan
Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə
Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq
№ 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat
10:00-dan axşam saat 17:00-dək qəbul olunur.
Qəbul imtahanları isə (dissertant təhkim olunmaq istəyən şəxslərlə
müsahibələr) 2016-cı il dekabr ayının 16-dan 2017-ci il yanvar ayının 17-dək
keçiriləcəkdir.
Ətraflı məlumat almaq üçün (012) 493-82-71 nömrəli telefona zəng etmək olar.
DİREKTORLUQ
|