1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Azərbaycan Respublikası Təhsil Nazirliyi “AZƏRBAYCAN MÜƏLLİMİ” QƏZETİ elan edir
26.11.2016/№46

 

 

 


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üçün Tədbirlər Planına uyğun olaraq “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda
YAZI MÜSABİQƏSİ ELAN EDİR

Müsabiqədə ölkənin elm və təhsil müəssisələrində çalışan alimlər, müəllimlər, pedaqoq və tədqiqatçılar, eləcə də magistr və doktorantlar, araşdırmaçı jurnalistlər iştirak edə bilərlər. İştirak etmək istəyənlər təhsilimizdə milli-mənəvi dəyərlər; Azərbaycan təhsilinin gələcək inkişaf istiqamətləri; gələcəyin müəllimi; təhsilin yeni məzmunu; səriştəli müəllim və təhsil menecerləri; ömürboyu təhsil; şəffaf və səmərəli idarəetmə modellərinin tətbiqi istiqamətləri üzrə yazılarını 26 noyabr 2016-cı il tarixdən 15 dekabr 2016-cı il tarixinədək muallim@edu.gov.az  elektron poçt ünvanına göndərə bilərlər. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqənin əsas şərtləri:

İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə) qeyd etməlidir. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.
Əlaqə üçün: (012) 538-51-41


TƏŞKİLAT KOMİTƏSİ

yuxarı ⤴