1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Rəsmi xronika
01.12.2017 / No46


 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 29-da dövlət başçısı İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev noyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

* Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 27-də Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Noyabrın 27-də dövlət başçısı İlham Əliyev “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

* Prezident İlham Əliyev noyabrın 27-də Elmar Rüstəm oğlu Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin orden və medallarla təltif edilməsi, bir qrup şəxsə fəxri adların, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.

* Prezident İlham Əliyev noyabrın 24-də Madər Ələsgər oğlu Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi, Gülnar Akif qızı Rəsulovaya isə “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.

* Noyabrın 24-də dövlət başçısı İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev noyabrın 24-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
 

yuxarı ⤴